Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrinin siyahısının yenidən tərtib edilməsi ilə əlaqədar elmi toplantı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantıda bir çox baş mütəxəssislərlə yanaşı, 10 elmi-tədqiqat institutundan, eləcə də Milli Onkologiya Mərkəzindən, Respublika Talassemiya Mərkəzindən, Respublika Endokrinoloji Mərkəzindən, Respublika Neyrocərrahiyyə Xəstəxanasından, Respublika Dəri-Zöhrəvi Dispanserindən dəvət olunmuş mütəxəssislər iştirak ediblər.
Toplantını açıq elan edən mərkəzin direktoru Murad Süleymanov qarşıya qoyulan məqsədin vacibliyini diqqətə çatdırıb. Mərkəzin eksperti tərəfindən nadir xəstəliklər və onların müalicəsi zamanı istifadə olunan dərman vasitələri haqqında təqdimat keçirilib. Qeyd olunub ki, nadir xəstəlikləri tamamilə yaxşılaşdıran bir müalicə yoxdur, ancaq xəstələrin həyatlarını uzatmaq mümkündür. Bundan başqa, elm bütün nadir xəstəliklər üçün bəzi suallara cavabları təmin edə bilir və indiki vaxtda bioloji nümunələrin testi ilə yüzlərlə nadir xəstəliyin diaqnozu qoyulur. Bu xəstəliklərin bəziləri üçün arxivlərin yaradılması ilə xəstələr haqqında daha çox məlumat əldə edilib. Nadir xəstəliklərdən əziyyət çəkən insanlar müalicə imkanlarından kənarda qala bilməzlər, onlar da digər xəstələrlə bərabər hüquqlara malikdirlər.
Toplantı iştirakçıların qarşılıqlı informasiya mübadiləsi, mövzu ətrafında suallar və müzakirələr şəraitində keçib. Analitik Ekspertiza Mərkəzinin direktoru və ekspertləri dəvət olunmuş mütəxəssisləri bu vacib məsələdə səfərbər olmağa və professional yardımlarını əsirgəməməyə çağırıblar. Mütəxəssislər tərəfindən nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrinin yeni siyahılarının tərtibi üçün bir həftə vaxt verilib. Siyahılar hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim olunacaq.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.