NASA alimləri başqa planetlərdə həyatın olmasını aşkara çıxarmağa imkan verən yeni üsul kəşf etdiklərini bildiriblər.
AZƏRTAC “runews24.ru” saytına istinadla xəbər verir ki, yeni üsulla, yəni amin turşularının analizi sayəsində başqa planetlərdə həyatın mövcudluğunu müəyyənləşdirmək mümkün olacaq. Ekspertlərin sözlərinə görə, bunun üçün digər planetlərdə olan buz nümunələrini tədqiq etmək lazım gələcək. Bu, müvafiq texnika ilə təchiz edilmiş avtomatik stansiyada həyata keçiriləcək. Alimlər bildirirlər ki, artıq bu metodu sınaqdan keçiriblər. Onlar sınaq üçün Kaliforniyada yüksək qələvi və duz konsentrasiyası ilə tanınmış Mono gölünün suyundan istifadə ediblər.
NASA əməkdaşları hesab edirlər ki, belə yerlər başqa planetlərdə də müşahidə olunur.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qara dənizdə baş verən siyasi hadisələrlə bağlı danışıb.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna əlaqələrinə münasibət bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın yeni administrasiyasının “erməni soyqrımı”nı tanıyıb-tanımayacağı ehtimalı ilə bağlı sualı cavablandırıb.