Muzeydə “İslam Həmrəyliyi İli” çərçivəsində elmi-tədqiqatlar aparılacaq

Muzeydə “İslam Həmrəyliyi İli” çərçivəsində elmi-tədqiqatlar aparılacaq
26 2017 11:57

Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasında, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, islam dəyərlərinin təbliğində böyük şair və dramaturq Hüseyn Cavid yaradıcılığının mühüm rolu var. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev-Muzeyində bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının rəhbərliyi ilə “İslam dini böyük dramaturq Hüseyn Cavidin ədəbi-bədii və fəlsəfi irsində” mövzusunda elmi-tədqiqat işlərinə başlanılıb.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, görkəmli maarifpərvər və mütəfəkkir Cavidin zəngin yaradıcılıq irsi müvafiq istiqamətdə geniş tədqiqat üçün əhəmiyyətli mənbə rolu oynayır. Elmi-tədqiqatların aparılması ilə yanaşı, yerli və beynəlxalq konfranslarda mövzu ilə bağlı çıxışlar və nüfuzlu elmi jurnallarda məqalələrin çap olunması nəzərdə tutulur.

Eyni zamanda, muzeydə, ümumi təhsil müəssisələrində, ali məktəblərdə Cavidin İslam dini ilə bağlı görüşləri geniş təbliğ olunacaq.


9 Sent 2020
Mədəniyyət

“Oskar” mükafatını qazanmaq üçün yeni kriteriyalar açıqlandı

Amerika Film Akademiyası “Ən Yaxşı Film” nominasiyasında “Oskar” mükafatını almaq üçün kriteriyaların siyahısını təqdim edib.

3 Avq 2020
Mədəniyyət

Arif Məlikovun əsəri ABŞ-dakı festivalda səsləndi

Bu günlərdə Los-Ancelesdə keçirilən Yay onlayn-festivalının proqramında Azərbaycan violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov və digər bəstəkarların əsərləri ilə yanaşı Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletindən “Noktürn” əsəri səslənib.

22 İyul 2020
Mədəniyyət

Anar Kərimov kollektivə təqdim edildi

Prezident İlham Əliyevin iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib.