XəzərXəbər xəbər verir ki, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, yeni tədris ilinin əvvəllində Tovuzda 500-dək orta məktəb müəlliminin kütləvi şəkildə işdən çıxarılması haqda yayılan məlumat araşdırılıb. Nazir müavininin sözlərinə görə, bu məsələ orada sinif komplektlərinin düzgün olmaması ilə əlaqədardır.
C.bayramov Tovuzda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması hallarının mövcud olmadığını qeyd edib: “Bəzi hallarda sinif komplektlərinin - hər bir sinfin açılması üçün müəyyən standartlar var. Sinifin formalaşdırılması üçün gərək 20 şagird olsun. Bundan əlavə sinfin bölünməsi üçün 30 nəfərdən yuxarı şagird sayı olmalıdır ki, həmin sinif iki yerə bölünsün. Bəzi hallarda hansısa sinif komplektlərinin formalaşmasında dəqiqləşdirmələr aparılmayıb. Bu məsələ hansısa müəllimin dərs yükü normasına təsir edə bilər. Lakin bunun nəticəsində müəllimlərin ixtisarından söhbət gedə bilməz”.
Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 37,165 milyon ABŞ dolları dəyərində 6 min 848 ton kərə yağı alıb.
Bakı-Füzuli istiqamətində yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb.
Azərbaycan Respublikasında 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.