Müdafiə naziri: ABŞ İŞİD ilə mübarizə üçün müttəfiq kimi digər terror təşkilatı seçdi

Müdafiə naziri: ABŞ İŞİD ilə mübarizə üçün müttəfiq kimi digər terror təşkilatı seçdi
06 2017 15:44

ABŞ İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün müttəfiq qismində digər terror təşkilat - Demokratik İttifaqı (PYD) seçdi. Nəticədə Türkiyə əziyyət çəkir, gələcəkdə isə Birləşmiş Ştatların özü problemlərlə qarşılaşacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq "Habertürk" telekanalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, ABŞ PYD döyüşçülərinin Fərat çayının şərq sahilində, Suriyanın Menbic şəhərindən çıxarılması ilə bağlı vədini əvvəlki kimi yerinə yetirmir: "Əgər ABŞ öz əhdinə sadiq qalmasa, Türkiyə şəhərin döyüşçülərdən təmizlənməsi üçün əməliyyat keçirməyə məcbur olacaq".

"İncirlik" bazasında gəlincə, F.İşıq qeyd edib ki, bu aviabaza Türkiyəyə məxsusdur və bütün xarici qüvvələr Ankaranın icazəsi əsasında burada yerləşib:

"Bu gün rəsmi Ankara aviabazanın bağlanması məsələsinə baxmır. Lakin əgər "İncirliy"in istifadəsi Türkiyənin maraqlarına uyğun olmasa, biz vəziyyəti qiymətləndirəcək və müvafiq tədbirlər görəcəyik".

Nazir bildirib ki, Suriyanın Əl-Bab şəhərinin İŞİD-dən azad edilməsi urğunda döyüşlər məhəllə döyüşləri mərhələsinə keçib.


8 Dek 2023
Cəmiyyət

Şuşa rayonuna prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.

8 Dek 2023
Cəmiyyət

FIA Baş Assambleyasının Bakıdakı yekun iclası başa çatıb - FOTO

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilib.

8 Dek 2023
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

8 Dek 2023
Cəmiyyət

Bu günədək Türkiyəyə 185 qazi müalicəyə göndərilib, onlardan beşi xəstəxanadadır

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bu günədək Türkiyəyə müalicə üçün 185 müharibə iştirakçısının göndərildiyini, onlardan beşinin müalicəsinin davam etdiyini bildirib.

8 Dek 2023
Cəmiyyət

Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir - FOTO

Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilir.