Müdafiə Nazirliyi: Ermənistan absurd bəhanələrlə faktı inkar etməyə çalışır

Müdafiə Nazirliyi: Ermənistan absurd bəhanələrlə faktı inkar etməyə çalışır
14 Dek 2016 09:36

Dekabrın 12-də cəbhə xəttinin müxtəlif istiqamətlərində özünün iki pilotsuz uçuş aparatını (PUA) itirən Ermənistan tərəfi hər zaman olduğu kimi, absurd bəhanələr gətirməklə real faktı növbəti dəfə inkar etməyə çalışır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi utanmadan onlara məxsus vurulmuş PUA-ları bu dəfə guya “Azərbaycanlı uşaqların oyuncaqları” kimi qələmə verir. Halbuki bu vaxtadək elə Yerevanın müxtəlif səviyyəli rəsmiləri özləri etiraf edərək Ermənistan ordusunun təminatına küstar üsulla və əldəqayırma pilotsuz uçuş vasitələrinin daxil edilməsi barədə dəfələrlə məlumatlar səsləndiriblər.

Fotonun sol və sağ künclərində pərlərdən də göründüyü kimi bu foto Ermənistana məxsus vurulan pilotsuz uçuş aparatlarından birindən əldə edilib. Fotoda PUA uçuşa buraxılmadan əvvəl aparatı idarə etmək üçün əlində pult olan hərbi qulluqçu və onun ətrafına toplaşan digər hərbçilərin prosesi izləməsi təsvir olunub.

Bu, bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün fəaliyyətlərini yalnız yalan və saxtakarlıq üzərində qurmaqla dünya ictimaiyyətini aldatmağa cəhd göstərir.


12 May 2025
Siyasət

Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

Mayın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün xüsusi sosial aksiya həyata keçirilib.

12 May 2025
Siyasət

Şahin Bağırov Yardımlıda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Yardımlıda Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

12 May 2025
Siyasət

Milli Məclis Azərbaycanla Pakistan arasında sazişi təsdiq edəcək

Milli Məclis Azərbaycanla Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişini təsdiq edəcək.

12 May 2025
Siyasət

Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin xarici işlər naziri Raşid Alzayani ilə genişləndirilmiş formatda görüş keçirib.