Moskva gözəli kraldan fantastik məbləğdə təzminat istədi

Moskva gözəli kraldan fantastik məbləğdə təzminat istədi
04 Okt 2019 13:23


Malayziyanın keçmiş kralı V Məhəmmədə yaxın mənbənin verdiyi məlumata görə, onun keçmiş həyat yoldaşı, “Miss Moskva 2015” titulunun sahibi Oksana Voyevodina boşandıqdan sonra ondan “astronomik” bir məbləğ tələb edib. 

“Daily Maily” xəbər verir ki, gözəllik kraliçasının özü hələ məlumatın doğruluğunu təsdiqləməyib.

Anonim mənbələrə görə, Voyevodina sultandan Moskvada 1,2 milyon funt sterlinq (2,5 milyon AZN) dəyərində mənzil, Londonda 8 milyon funt sterlinq (16,8 milyon AZN) dəyərində ev və övladını saxlamaq üçün aylıq 24 min funt sterlinq (50,3 min AZN) pul tələb edib.

Qeyd edək ki, cütlüyün toyu 2018-ci ilin noyabrında baş tutub. Toydan sonra V Məhəmməd taxtdan imtina edib. Cütlüyün boşanması ilə bağlı məlumatlar bu il iyulun 17-də yayılıb. Bildirilib ki, kral həyat yoldaşı ilə iyulun 1-də rəsmən boşanıb.


29 Mar 2020
Dünya

Dünya üzrə koronavirusa yoluxanların sayı 700 mini keçdi

Dünya üzrə koronavirusa yoluxanların sayı 700 min nəfəri ötüb.   

29 Mar 2020
Dünya

Türkiyədə koronavirus dəhşəti davam edir: 1815 yeni yoluxma, 23 yeni ölüm

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı artıb.  

29 Mar 2020
Dünya

Azərbaycan Çin, İtaliya və İspaniyanın koronavirusla mübarizə istiqamətində aparılan təcrübələrini araşdırır

“Dünyada artıq koronavirusa yoluxanların sayı 600 minə çatıb. Bu rəqəm dayanmadan artır”.

29 Mar 2020
Dünya

Koranavirusdan ilk körpə ölümü qeydə alındı

ABŞ-ın Çikaqo şəhərində ilk dəfə koronavirusdan körpə ölümü qeydə alınıb.

29 Mar 2020
Dünya

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 663 748 nəfərə çatıb.