Misir XİN bu ölkədə terror aktlarına məhəl qoymayan Qərb KİV-lərinin Ağ ev tərəfindən tənqid edilməsini alqışlayır

Misir XİN bu ölkədə terror aktlarına məhəl qoymayan Qərb KİV-lərinin Ağ ev tərəfindən tənqid edilməsini alqışlayır
08 2017 10:29

Misir Xarici İşlər Nazirliyi (XİN) bütün dünyada, o cümlədən Misirdə baş vermiş terror aktlarına Amerika və Qərb KİV-ləri tərəfindən məhəl qoyulmamasına görə ABŞ prezidenti Donald Trampın tutduğu tənqidi mövqeyi yüksək qiymətləndirir. Misir XİN-in rəsmi nümayəndəsi Əhməd Əbu Zeyd Qərb mətbuatında yetərincə işıqlandırılmamış 78 terror aktının Ağ ev tərəfindən dərc edilmiş siyahısına münasibətini bu cür bildirib.

Prezident Donald Tramp Amerika KİV-lərini tənqid edərək bildirib ki, onun fikrincə, bir sıra hallarda bu KİV-lər Avropada və bütün dünyada terrorçuların hərəkətləri barədə məlumat vermirlər. Misirli diplomat bu fikri şərh edərək göstərib ki, həmin siyahıda qeyd edilən 78 terror aktından 9-u Avropada baş verib. Bu hadisələr zamanı, o cümlədən Rusiya məxsus avialaynerin Sinay yarımadasında yerə çırpılması, Qahirədə qibtilərin kilsəsində partlayış nəticəsində nəinki onlarca, hətta yüzlərlə insan həlak olub. Onun sözlərinə görə, Donald Trampın tənqid etdiyi ayrı-seçkilik və qərəzlilik halları terror aktlarının işıqlandırılması məsələsinə bəzi qərb KİV-lərinin yanaşmasına da aiddir.

Misir xarici siyasət idarəsinin nümayəndəsi Əhməd Əbu Zeyd deyib: “Ağ evin mövqeyi geniş əhatəli, ardıcıl və ayrı-seçkiliksiz antiterror strategiyası qəbul edilməsinin zəruriliyi, o cümlədən bu strategiyanın siyasi, informasiya və mədəni aspektləri barədə Misirin dəfələrlə səsləndirdiyi çağırışlarla uzlaşır”.


24 Mar 2023
Dünya

Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir

Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.

24 Mar 2023
Dünya

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub.

24 Mar 2023
Dünya

Rusiyada zavodda yanğın başlayıb

Rusiyanın Aramil şəhərində zavodda yanğın başlayıb.

24 Mar 2023
Dünya

Xoyda baş verən zəlzələdə 68 nəfər xəsarət alıb

Bu gün səhər İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb.

24 Mar 2023
Dünya

Türkiyədə çay fabrikində güclü yanğın olub - VİDEO

Türkiyənin Artvin vilayətinin Kemalpaşa bölgəsində yerləşən çay fabrikində güclü yanğın baş verib.