Mişel Sapen: Azərbaycan Fransa üçün vacib tərəfdaşdır

Mişel Sapen: Azərbaycan Fransa üçün vacib tərəfdaşdır
14 Dek 2016 15:19

Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası çərçivəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov Fransanın maliyyə naziri Mişel Sapenlə görüşüb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı, ölkəmizin iqtisadi siyasətindəki prioritetlər və qarşıda duran çağırışlarla bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək struktur islahatların əhatə dairəsi və onların nəticələri, bu istiqamətdə Azərbaycan hökumətinə müxtəlif formalarda dəstəyin verilməsi müzakirə olunub.

Azərbaycanın Fransa üçün vacib tərəfdaş olduğunu bildirən Mişel Sapen ölkəmizlə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub, ölkəsinin daim Azərbaycanı dəstəklədiyini bildirib.

Samir Şərifov fransalı həmkarına ölkəmizə göstərilən dəstəyə görə təşəkkür edib.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.