Mingəçevirdə polis zabiti vətəndaşa işgəncə verib? - AÇIQLAMA

Mingəçevirdə polis zabiti vətəndaşa işgəncə verib? - AÇIQLAMA
22 2020 16:03


Daxili işlər Nazirliyi Mingəçevirdə polis zabitinin vətəndaşa işgəncə verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov realpress.az-ın sorğusuna cavab olaraq bildirib ki, bəzi xəbər saytlarında tirajlanan Mingəçevir şəhər sakini Mirzə Mirzəyevin polis əməkdaşı tərəfindən döyülməsi ilə bağlı iddialar əsassızdır və həqiqəti əks etdirmir:

“Mayın 17-də Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbiri nəticəsində Mirzə Mirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan yeddi ədəd kağız bükümdə satış məqsədilə üzərində daşıdığı narkotik vasitə olan heroin və elektron tərəzi aşkar edilərək götürülüb. 

M.Mirzəyev Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən şübhəli şəxs qismində tutulub. O, törətdiyi cinayət əməlini etiraf edib. Onun guya ŞPŞ-də döyülməsi iddiası tamamilə uydurmadır”.

“Qeyd edim ki, M.Mirzəyev əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə dəfələrlə məhkum olunub. 2019-cu ildə azadlığa çıxdıqdan sonra islah olunmayaraq, yenidən cinayət əməllərini davam etdirib.

Belə ki, ötən ilin sonlarında azadlığa çıxdıqdan bir neçə gün sonra mənzil oğurluğuna görə, bir neçə gün öncə isə Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı məsuliyyətə cəlb edilib”, - deyə DİN rəsmisi əlavə edib.

Xatırladaq ki, bəzi xəbər saytlarında Mingəçevir şəhər sakini M.Mirzəyevə polis əməkdaşı tərəfindən işgəncə verilməsi ilə bağlı məlumat yayılıb.


13 Avq 2020
Siyasət

İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

13 Avq 2020
Siyasət

İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişikliyi təsdiq edib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

12 Avq 2020
Siyasət

İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi”ləri ilə tanış olub - YENİLƏNİB + FOTO/VİDEO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin altı nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd “London taksi”si vətəndaşlar üçün xidmətə hazırdır.

12 Avq 2020
Siyasət

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib

Avqustun 12-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

12 Avq 2020
Siyasət

Təhsil naziri Türkiyə səfiri ilə görüşdü - FOTO

Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.