Milli Məclisin iclas saatı dəyişdirildi

Milli Məclisin iclas saatı dəyişdirildi
26 2020 10:17

realpress.az xəbər verir ki, bu barədə oxu.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, plenar iclaslar saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək. Əgər iclas iki hissəli olarsa, bu zaman saat 13:00-dan 15:00-dək fasilə elan olunacaq. İkinci hissə isə 15:00-da başlayıb 17:00-dək davam edəcək.

Qeyd edək ki, bu vaxta qədər parlamentin iclasları saat 12:00-da başlayıb, 14:00-dək davam edib. İki hissəli iclaslarda isə 14:00-dan 16:00-dək fasilə olub. İkinci hissə 16:00-dan 18:00-dək davam edib.


1 İyun 2020
Siyasət

Azərbaycan Prezidenti “Facebook”da dünya liderləri arasında - ARAŞDIRMA

Prezident İlham Əliyevin “Facebook” sosial şəbəkəsindəki səhifəsi davamlı olaraq inkişaf edir və oxucu auditoriyası toplayır. Bu bərədə dünya liderləri, hökumətlər və beynəlxalq təşkilatların sosial şəbəkələr vasitəsilə əlaqələrini araşdıran “Burson Cohn Wolfe” (BCW) qlobal piar agentliyinin “Dünya liderləri “Facebook”da” adlı araşdırmasının beşinci nəşrinin nəticələrində deyilir.

1 İyun 2020
Siyasət

Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirirlər - FOTO

31 may 2020-ci il tarixində ölkənin əksər şəhər və rayonlarından Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinə qoşulan 300-ə yaxın könüllünün, AKƏM katibliyi, təsisçi könüllü təşkilat və hərəkatlarının nümayəndələrinin iştirakı ilə video formatında onlayn konfrans keçirilib.

1 İyun 2020
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik ünvanlayıb.

31 May 2020
Siyasət

Roma Papasından İlham Əliyevə təbrik məktubu

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.