Milli Məclisdə deputatlara mənzil verilməsi məsələsi qaldırılıb

Milli Məclisdə deputatlara mənzil verilməsi məsələsi qaldırılıb
08 Dek 2016 14:33

“Vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər tikilirdi. Deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan pullar hara gedib?”.

realpress.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O xatırladıb ki, baş nazir Artur Rasi-zadənin 2006-cı ildə verdiyi sərəncamına əsasən, yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi nəzərdə tutulub: 

“Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait o şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, bu istiqamətdə iş görülməyib. Ona görə də mən baş nazirə burada müraciət edirəm ki, araşdırmaların aparılmasına göstəriş versin. Nədənsə, bu məsələ bu günə qədər öz həllini hələ də tapa bilmir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə B.Əliyevə belə cavab verib: “Bəxtiyar müəllim, siz 2002-ci ildə deputat üçün tikilən mənzillərdən danışırsınız? Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanı başa çatdırırlar. Bina başa çatan kimi mənzil almayanlar da alacaqlar”.


24 Mar 2023
Cəmiyyət

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakının Sabunçu rayonunda yeniyetmə itkin düşüb.

24 Mar 2023
Cəmiyyət

Azərbaycan ət idxalını 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

24 Mar 2023
Cəmiyyət

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

24 Mar 2023
Cəmiyyət

Xankəndi yolunda sülhməramlılarla BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB + VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.