Dekabrın 9-da M.F. Axundzadə adına Milli Kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ulu Öndərin həyat yolunu özündə əks etdirən geniş kitab sərgisi və Heydər Əliyev haqqında qısa film nümayiş olunub.
Daha sonra “Heydər Əliyev mədəniyyətimizin hamısıdir” adlı qısa film təqdim edilib.
Tədbiri açan kitabxananın direktoru professor Kərim Tahirov ümummilli liderin həyat yoluna nəzər salıb, Ulu Öndərin Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı dünyaya tanıtmaq, habelə xalqımız qarşısında sonsuz xidmətlərindən danışmış, onun mədəniyyətə, incəsənətə verdiyi yüksək qiymətdən söz açıb.
Tədbir Ümummilli Liderin zəngin həyat yolunu özündə əks etdirən geniş kitab sərgisinə baxışla yekunlaşıb.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov ilə görüşüb.
Sovet və Rusiya aktyoru Andrey Myaqkov 82 yaşında vəfat edib.
Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.
Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir.