Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnsan haqları üzrə müvəkkilin (Ombudsman) illik məruzəsi qəbul olunub.
APA-nın məlumatına görə, MM sədrinin müavini Bahar Muradova bildirib ki, məruzə yüksək səviyyədə tərtib olunub və geniş müzakirəyə ehtiyac yoxdur.
Çıxış edən bəzi deputatlar da məruzəni müsbət qiymətləndiriblər
Məruzə müzakiərlərdən sonra səsə qoyularaq qəbul olunub.
***
saat 13.22
Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi təqdim olunur.
APA-nın məlumatına görə, məruzəni Ombudsman Elmira Süleymanova tədqim edir.
Təqdimatdan sonra məruzə ətrafında müzakirələr olacaq.
Azərbaycanın digər türkdilli ölkələrlə münasibətlərinin Türkiyə səviyyəsinə yüksəldilməsində ciddi marağı var.
Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya Çempionatlarının mükafatçıları ilə bağlı paylaşım edib.
Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edilib.