Milli Məclis 2017-ci il dövlət büdcəsi layihəsini qəbul etdi (YENİLƏNİB-2)

Milli Məclis 2017-ci il dövlət büdcəsi layihəsini qəbul etdi (YENİLƏNİB-2)
16 Dek 2016 15:26

Milli Məclis bu gün keçirilən plenar iclasında 2017-ci il üçün dövlət büdcə layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, gələn il üçün büdcənin gəlirləri 16 255 milyard manat (o cümlədən mərkəzləşdirilmiş gəlirlər – 15 634 706 min manat, yerli gəlirlər – 620 294 manat), xərcləri isə 16,9 milyard manat (o cümlədən mərkəzləşdirilmiş xərclər – 16 211 286 min manat, yerli xərclər – 688 714 manat) nəzərdə tutulur.

2017-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 645 milyon manat, yəni ÜDM-in 1,05 faizi həcmində nəzərdə tutulur. Büdcə kəsirinin örtülməsi özəlləşdirmər, daxili və xarici borclanma, xarici qrantlar və 2017-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinəsində qalıq hesabına nəzərdə tutulur.

Dövlət büdcəsinin gəlirləri Vergilər Nazirliyindən (7,51 milyard manat), Dövlət Gömrük Komitəsindən (2,2 milyard), Əmlak Məsələləri Dövlət Komitəsindən (8 milyon manat) daxilolmalar, büdcə təşkilatlarının ödənişli xidmətləri (353 milyon manat), Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfert (6,1 milyard manat) və digər mənbələr hesabına formalaşdırılacaq.

Gələn il üçün dövlət büdcəsinin xərcləri aşağıdakı kimi formalaşdırılacaq: müdafiə (2,8 milyard manat), elm (118,5 milyon manat), təhsil (1 733,4 milyon manat), səhiyyə (745,4 milyon manat), sosial müdafiə və sosial təminat (2 053,1 milyon manat) və digər xərclər.

İcmal büdcənin gəlirləri 20,02 milyard manat, xərcləri isə 21,267 milyard manat nəzərdə tutulur. İcmal büdcənin tərkib hissəsi hesab olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3,4 milyard manat, Naxçıvan Muxtar Respublikasının gəlirləri 348,4 milyon manat, Dövlət Neft Fondunun gəlirləri isə 8 370,6 milyon manat proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 1 246,5 milyon manat nəzərdə tutulur.

2017-ci ilin dövlət büdcəsində neftin qiyməti bir barel üçün 40 dollar səviyyəsində müəyyən olunub.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.