Milli Kitabxanadan mobil telefonların cərəyana qoşulması qadağası haqda açıqlama

Milli Kitabxanadan mobil telefonların cərəyana qoşulması qadağası haqda açıqlama
18 2017 09:59

Bir neçə gündür ki, sosial şəbəkələrdə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada elektron avandanlıqlara enerji yüklənməsinə qadağa qoyulması barədə məlumatlar yazılır. Şəbəkə istifadəçiləri kitabxananın bu vasitə ilə qənaət etdiyini iddia edirlər.

REALPRESS.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Milli Kitabxananın xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, mobil telefonların cərəyana qoşulmasına icazə verilməməyinin səbəbi qənaət etmək yox, oxu zalında rahatlıq yaratmaqdır:

“Biz hər hansı bir qənaət rejiminə görə mobil telefonların cərəyana qoşulmasına qadağa qoymamışıq. Oxucular rahatlıqla öz kompüterlərini cərəyana qoşa bilərlər. Mobil telefonla oxu zalına girmək qadağandır. Hətta oxu zalında mobil telefonla danışanlar da var. Hər hansı bir danışıq olduqda, telefon zəng çaldıqda oxucular narahat olur və bizə şikayət edir. Hazırda kitabxanaya gəlsəniz, özünüz şahid olarsınız ki, yüzlərlə insan kompüterini cərəyana qoşub. Əgər qənaət üçün olunsaydı, başda kompüterə icazə verilməzdi. Çünki bu zaman daha çox elektrikdən istifadə olunur”.



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.