Milli Arxiv İdarəsində “Elektron Hesabatlar Sistemi”nə keçid yekunlaşıb

Milli Arxiv İdarəsində “Elektron Hesabatlar Sistemi”nə keçid yekunlaşıb
18 2017 16:28

Milli Arxiv İdarəsində istifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə elektron xidmətlərin təqdim olunması, arxiv həyatına aid olan məsələlərin işıqlandırılması, bütün sahələrə aid olan arxiv sənədlərinin ictimaiyyətə daha da geniş çatdırılması üçün lazımi tədbirlər görülməkdə davam edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, ötən ildə bu məqsədlə rəsmi sayt vasitəsilə üç virtual sərgi təşkil olunaraq istifadəçilərin ixtiyarına verilib.

İnformasiya əldə olunmasının rahat və müasir İKT avadanlıqlarının köməyi ilə daha əlçatan və prosesin sadələşdirilməsi üçün cari ildə Milli Arxiv İdarəsində İP Telefoniya sistemi istismara verilib ki, bu da istifadəçilərin vaxt itkisinə yol vermədən, rahatlıqla tələb etdikləri informasiya mənbəyinə birbaşa çıxmalarına şərait yaradır. Bundan əlavə, idarədə elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə vaxtaşırı müvafiq qurumlarla birlikdə zəruri texniki təhlükəsizlik tədbirləri görülür. Belə ki, “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə cari ildə idarə tərəfindən texniki imkanları daha da genişləndirilmiş dövlət informasiya ehtiyatı olan “Elektron Arxiv Məlumat Sistemi” (EAMS) elektron hökumət portalına inteqrasiya edilərək istifadəyə verilməsi üçün müvafiq quruma rəsmi müraciət olunub.

Milli Arxiv İdarəsinin müraciətinə əsasən RYTN-nin Məlumat Hesablama Mərkəzi tərəfindən EAMS Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrinə daxil edilərək ona İE152601001 reyestr nömrəsi verilməklə sistem rəsmi çıxarışla təmin edilib. Bundan əlavə, hazırda EAMS üzrə fond siyahılarının elektron versiyalarının yaradılması üzərində iş davam etdirilir. Bu sistemin daxilində dövlət arxivləri, dövlət arxivinin filiallarında mühafizə edilən bütün fondlar haqqında müfəssəl məlumat mövcuddur. Cari ildə dəyişən tərkibli rayon dövlət arxivlərində də mühafizə edilən fondların və fondların tərkibində olan arxiv siyahılarında yer alan məlumatların bu sistemə əlavə edilməsi planlı şəkildə həyata keçirilir.

Bununla yanaşı, Milli Arxiv İdarəsində cari ildə dövlət arxivləri üzərində elektron idarəçiliyin tətbiq edilməsi, idarəetmə imkanlarının çevikliyi, məlumat mübadiləsinin elektronlaşdırılması məqsədilə yeni bir layihə - “Elektron Hesabatlar Sistemi” (EHS) işlənərək yekunlaşdırılıb. Sözügedən EAMS və EHS-in “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə e-gov.az portalına inteqrasiya edilməsi prosesi sürətlə davam edir.

Bu sistem vasitəsilə Dövlət Tarix Arxivində, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində və Dövlət Arxivinin Bakı filialında mühafizə edilən arxiv sənədləri xüsusi skan avadanlığı ilə skan edilərək elektron daşıyıcılarda yerləşdirilməsi və həmin sənədlərin hər birinə aid olan arxiv məlumatların müvafiq proqram təminatı vasitəsilə elektronlaşdırılması uğurla davam etdirilib.


18 Yan 2021
Mədəniyyət

Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı müraciət etdi

Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib.

5 Yan 2021
Mədəniyyət

Tağıyevin maddi yardımı ilə Bakıda inşa edilən pravoslav kilsəsi - VİDEO

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.

23 Noy 2020
Mədəniyyət

Xudavəng monastırı ilə bağlı erməni yalanları - VİDEO

Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir. 

23 Noy 2020
Mədəniyyət

Üzeyir Hacıbəyovun anım günüdür

Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir Hacıbəyovun vəfat etməsindən 72 il ötür.

19 Noy 2020
Mədəniyyət

Nazirlikdən erməni vandalizmi ilə bağlı Metropolitan Muzeyinin qərəzli mövqeyinə SƏRT REAKSİYA

Mədəniyyət Nazirliyi Metropolitan İncəsənət Muzeyinin qərəzli mövqeyinə etiraz edir.