Son günlər millət vəkilləri aldıqları maaşla gündəmə gəliblər. Bir neçə deputat maaşının məbləğindən razı qalsa da, digərləri əmək haqlarının azlığından şikayətlənirlər.
Realpress.Az-ın məlumatına görə, deputat Aqil Abbas Sonxeber.az-a açıqlamasında bildirib ki, deputatların maaşı artırılmalıdır. Onun sözlərinə görə, Azərbaycanın millət vəkilləri digər ölkələrə nisbətən az məvacib alırlar:
“Azərbaycanın millət vəkillərinin aldığı maaş MDB məkanındakı digər respublikalarla müqayisədə xeyli aşağıdır. Hətta Dağıstanın millət vəkilləri belə bizdən çox maaş alır. Digər tərəfdən bizim maaşımız 2200 manat yox, 1750 manatdır. Nəzərə almaq lazımdır ki, millət vəkilləri tez-tez müxtəlif səfərlərə çıxırlar. Məsələn, mən ayda 3-4 dəfə Ağcabədiyə, Füzuliyə gedirəm. Bütün bunlar isə maliyyə tələb edir. Deputata gərək normal maaş verəsən ki, o da işini görə bilsin”.
Millət vəkili Fazil Mustafa da həmkarı kimi maaşından razı deyil:
“Deputat maaşı məni də qane etmir. Amma buna baxmayaraq əhalinin maaşı, orta gəlir səviyyəsi aşağı olduğuna görə bu məsələni gündəmə gətirmək doğru deyil”.
F.Mustafanın sözlərinə görə, ölkənin ümumi büdcəsində kifayət qədər dirçəliş, artım olarsa bu məsələni qaldırmaq olar:
“İnsanın ehtiyaclarını nə qədər təmin eləsən, yenidən o qədər insan ehtiyacları yaranacaq. Bu, iqtisadiyyatın qaydasıdır. Bu baxımdan bu maaş deputat üçün Azərbaycan şərtlərində bir çox problemlərin həllini gerçəklşdirməyə imkan vermir. Amma buna baxmayaraq əhalinin maaşı, orta gəlir səviyyəsi aşağı olduğuna görə bu məsələni gündəmə gətirmək doğru deyil. O baxımdan ki, ölkənin ümumi büdcəsində kifayət qədər dirçəliş, artım olarsa məsələni qaldırmaq olar. Əhalinin orta əmək haqqının yüksəlməsi fonunda deputatın, başqa dövlət qurumlarının təminatına baxmaq olar. Çünki bir az bu ədalətsiz olar. Əhalinin əksər kateqoriyaları- müəllim, həkim daha az maaşı alır. Halbuki onların bir çox hallarda zəhməti deputatın çalışma zəhmətindən daha üstündür. Hansısa bir formada deputat buna qatlanmalıdır. Çünki millət vəkilliyinin ən böyük statusu insanların xidmətində durmaqdır. Xidmətində durmaq üçün də Quran oxuyan da insandan pul umur, xeyirli iş görən insan da. Bunu bir qədər güzəştli formada etmək daha xeyirli olar. Bu məsələnin üzərinə ona görə bilərəkdən gəlmirəm ki, nə qədər yetərli olmasa da, indiki Azərbaycan şərtlərində bununla kifayətlənmək lazımdır”.
“Hazırda aldığınız deputat maaşı sizi qane edirmi?”- sualını isə Fazil Mustafa belə cavablandırıb:
“Xeyr, bu maaş məni qane etmir. Təbii ki, yetərli deyil. Amma az da deyil. Ən azından normal fəaliyyət göstərmək, yaşamaq üçün, mütəvazi həyat tərzi üçün bununla yola vermək olar”.
Aydın Mirzəzadə isə tamamilə əks düşüncədədir.
O, Qaynarinfo.Az-ın suallarını cavablandırarkən bildirib ki, millət vəkillərin maaşları yüksəkdir, artırılmasına ehtiyac yoxdur:
“Bizim məqsədimiz bu gün əhalinin az gəlirli təbəqəsinin maaşının qaldırılmasıdır. Bu məsələdə prezidentin atdığı addımları dəstəkləyirik. Ötən gün ölkə başçısının sosial mənzillərlə bağlı sərəncam cəmiyyətin rəyindən xəbər verir. Ümumi götürdükdə, ayrı-ayrı təbəqələrin maaşları, pensiyalar vaxtaşırı qaldırılır. Məhz bu addımlar bizim üçün prioritet məsələdir”.
"Ankaranın ev sahibliyində keçirilən "Türkiyə-Azərbaycan İkili SAT Təlimi - 2024" uğurla başa çatıb".
Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək.
Bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.