Azərbaycanda valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunması təklif olunub.
REALPRESS.Az Fins.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisinin bu gün keçirilən növbəti iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova deyib.
“Bu gün ölkədə “qara bazar” tüğyan edir. Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq “qara bazar”da nə qədər istəyirsən, valyuta tapa bilərsən.
Ona görə də valyutadəyişmə məntəqələrinin bərpa edilməsini təklif edirəm. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə mənətəqləri niyə qapadıldı. Axı bununla həm də peşəkarlar prosesdən kənarda qaldı. Həm də işsizlik yarandı”.
Deputat vurğulayıb ki, valyutadəyişmə məntəqələrinin ləğv edilməsi turizm sektoruna da öz mənfi təsirini göstərir: “Odur ki, hökumət vəziyyəti dəyərləndirməli və düzgün qərar verməlidir”.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.