Microsoft Windows 1985-ci ildə Microsoft şirkəti tərəfindən hazırlanıb satışa çıxarıldı və indiyədək əməliyyat sistemləri arasında öz populyarlığını hələ də saxlayıb. Windowsversions.png 1990-cı ildə yaradılmış Windows 3.0 versiyasından başlayaraq Windows müasir kompyuterlər üçün standarta çevrildi.
Windows – müasir kompyuterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır.
Windows-un hər bir proqramı ən az bir pəncərəyə malikdir və bu pəncərə istifadəçini həmin proqram ilə işləməyə şərait yaradır. Əməliyyat sisteminin adı da məhz bu pəncərələrdən gəlir.
Bu yazımızda sizə Windows əməliyyat sisteminin orijinal versiyasının üstünlüklərindən, pirat sistemlərdən fərqindən və sistemdə formalaşan müəyyən aktivasiya problemlərindən bəhs edəcəyik.
Beləliklə, başlayaq..
İlk olaraq orijinal və pirat Windows`lar arasındakı önəmli fərqlərdən başlayaq. Bir çoxlarımız öz özümüzə düşünürük ki, burada nə var ki, eyni sistem, eyni funksiyalar, sadəcə tək fərq digərinə pul vermirik. Düşünürük ki, hər hansısa bir şəxs bunu edərək digər insanlara kömək olur və onu ala bilməyəcək şəxslər üçün şərait yaradır. .
Gəlin düşünək. Bəs bunun altında başqa səbəb olsa?
Windows versiyalarının piratları hazırlanarkən onların təhlükəsizlik sistemləri sındırılır. Yəni Microsoft şirkəti öz məhsullarına müəyyən təhlükəsizlik sistemi quraşdıraraq həm ona daim dəstək verir, həm də onları üçüncü şəxslərin, xakerlərin hücumlarından qoruyur. Belə olan halda, pirat versiya və ya başqa sözlə, aktivləşdirilmiş versiyanın kim tərəfindən edildiyini bilmirik. Bunun bizim istifadəmizdə nə qədər təhlükəsiz olduğunu tam anlaya bilmirik. Çünki Microsoft şirkətinin məhsullarında tətbiq etdiyi qaydalara əsasən bir əməliyyat sistemi bir seriya nömrəsi ilə sadəcə bir cihazda quraşdırıla bilər. Pirat versiyaları hazırlayanlar əməliyyat sistemlərinin seriya nömrələrini qırırlar. Başqa sözlə, sistemin bütün təhlükəsizlik sistemini qırmağı bacarırlar. Bu zaman sistem təhlükələrə qarşı açıq hədəf olur. Sistemin mühafizəsi olmadığı üçün mümkün hücumlara qarşı davamlı ola bilmir və bu ən yaxşı halda sizin kompyuterlərinizdə dəyişiklik edilməsinə, ən pis hallarda isə sizin şəxsi məlumatlarınızın, bank hesablarınızın oğurlanmasına səbəb ola bilər. Pirat versiyaları hazırlayanların bunu hansı məqsədlə etdiyini bilmədiyiniz üçün mümkün ola biləcək təhlükələri də dəqiqləşdirmək olmur və daim bir narahatçılıq mövcud olur.
· Pirat versiyalar orijinal versiyalardan 56% ağır sürətlə işləyir. Kompyuterinizin texniki detallarının güclü olmasına rəğmən bir müddət sonra gözlə görüləcək qədər performansda düşüş müşahidə olunur.
· Pirat versiyalarda antivirus mövcud olmur və sistemin müdafiə divarı qırılmış olur.
·Windows yeniləmələrini almaq mümkün olmur. Microsoft şirkəti bu yeniləmələrlə sistemin həm stabil qalmasına, sistemdə mövcud olan texniki səhvlərin aradan qaldırılmasına və müdafiə sisteminin gücləndirilməsinə çalışır. Pirat versiyada bu funksiya sındırılmış və məhdudlaşdırılmış olduğu üçün bundan faydalanmaq mümkün olmur. Bəzi pirat versiyalarda bu yeniləmələri almaq mümkündür, amma bu zaman sistemin kodlarında dəyişikliklər olduğu üçün bu yeniləmələr sistemin tamamilə iflic olmasına gətirib çıxarır.
·Əməliyyat sistemi ilə bağlı texniki dəstək ala bilmirsiniz.
·Kompyuterə yüklənən proqram təminatları, drayverlər sistemdə düzgün işləməyə bilər. Hətta bəzi hallarda həmin proqram təminatları pirat sistemi dəstəkləmədiyi üçün yüklənməyə də bilər.
·İstənilən casus proqram sizin sisteminizdən informasiyaları oğurlaya bilər.
·Pirat sistem orijinal sistemə nəzərən 56% daha zəif işləyir və bir müddət sonra sistemdən donmalar, geriləmələr, proqramların düzgün işləməməsi baş verir.
Windows orijinal olub olmamasını necə anlamaq olar?
Bunu öyrənməyin bir neçə üsulu vardır. Onlardan ilki kompyuter haqqında məlumata baxmaqdır. Bunun üçün işçi stolunda "Bu kompyuter”(This PC)ikonkasının üzərində mausun sağ düyməsını sıxırıq. Açılan dialoq pəncərəsində"Özəlliklər”(Properties)bölməsini seçirik. Açılan pəncərədə isə ən altda"Product ID” hissəsində sizin əməliyyat sisteminin açarı haqqında məlumat və əməliyyat sisteminin aktiv olduğu barədə bildiriş olur.
Digər bir yol isə Windows Store, Windows Update bölmələrinə nəzarət etməkdir. Belə ki, orijinal versiyada nə marketdən istifadə etmək mümkündür, nə də əməliyyat versiyası yeniləmələr alır. Hətta əgər market işləsə belə (bəzi hallarda bəzi aktivatorlarla mümkündür bu) sistemin yeniləmələr alması mümkün deyil, bir müddət sonra sistem sıradan çıxır.
Əməliyyat sistemi orijinal olmadığı halda isə müəyyən zamandan sonra ekran qaralır, sağ aşağı küncdə problemin kodu ilə əməliyyat sisteminin aktivləşdirilməsi tələb olunur.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.