Sosial şəbəkələrdə Bakı Metropolitenində yaxın günlərdə qiymət artımının ediləcəyi ilə bağlı məlumatlar yayılıb.
REALPRESS.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumatlara görə, bu günlərdə Tarif Şurası gediş haqqının 35 qəpiyə qaldırılması ilə bağlı qərar verəcək. Bu da hardasa 70% yaxın artım deməkdir.
Tarif Şurasından isə sorğuya cavab olaraq bildirilib ki, metroda gediş haqqının qaldırılması ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb. Ümumiyyətlə isə, hazırda qiymət artımı gündəmdə deyil”.
Öz növbəsində, “Bakı Metropoliten”inin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə bildirib ki, qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib.
Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 37,165 milyon ABŞ dolları dəyərində 6 min 848 ton kərə yağı alıb.
Bakı-Füzuli istiqamətində yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb.
Azərbaycan Respublikasında 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.