Metodist kimi çalışmaq istəyənlər imtahan verdi

Metodist kimi çalışmaq istəyənlər imtahan verdi
16 2017 10:56

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində yaradılan Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin imtahan mərhələsi keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, imtahanda TDM-də metodist (mentor) kimi çalışmaq arzusunda olan 139 nəfər iştirak edib.

İmtahan elektron formada aparılıb. Suallar təhsil qanunvericiliyi və ixtisasla bağlı mövzuları əhatə edib. Daha sonra imtahan iştirakçıları təqdim olunmuş mövzulardan birini seçərək esse yazıblar. İmtahandan müəyyən edilmiş balı toplayan namizədlər müsahibə mərhələsinə buraxılacaq.

Təlimə Dəstək Mərkəzinin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsidir.

Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verəcək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərəcək.

Mərkəzdə Təlimin təşkili və idarəetmə, Tədrisin idarə olunması, Təhsilalanlarla işin təşkili və idarə olunması, Fənn kurikulumlarının tətbiqinə nəzarət, E-resurs bölmələri fəaliyyət göstərəcək.


30 Noy 2023
Cəmiyyət

Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

30 Noy 2023
Cəmiyyət

Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib.

30 Noy 2023
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

30 Noy 2023
Cəmiyyət

Saatlı və Ağdaşda odlu silahlar polisə təhvil verilib - FOTO

Saatlı və Ağdaşda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.