Məşhur müğənni Moskvada itkin düşdü

Məşhur müğənni Moskvada itkin düşdü
01 Noy 2019 12:08


Rusiyanın paytaxtı Moskva şəhərində rumıniyalı müğənni İnna ləqəbi ilə məşhurlaşan Elena Apostolyanu və onun kollektivinin üzvləri itkin düşüb.

Polis Rumıniya vətəndaşı Elena Apostolyanunun Moskvada yoxa çıxması faktını nəzərdən keçirir.

“İnna oktyabrın 26-da paytaxta Buxarestdən uçub və hotellərin birində yerləşib. Sonra Sankt-Peterburqa getməli idi, lakin onunla əlaqə kəsilib”, - Moskva hüquq-mühafizə orqanlarındakı mənbə bu məlumatı yayıb.

Onun sözlərinə görə, polis əməkdaşları itkin düşən şəxslə telefon əlaqəsi yaratmaq istəsələr də, bu, heç bir nəticə verməyib.

İfaçının bir dostu anonimliyini qorumaq şərtilə bildirib ki, Apostolyanu ilə yanaşı, onun mühafizəçisi, meksikalı sürücü, qrupundan olan nağaraçı, fərdi psixoloq və kosmetoloq da yoxa çıxıb.

O, müğənninin gecə klubların birində sərxoş vəziyyətə çatdırıb telefonları oğurlana biləcəyi ehtimalını irəli sürüb. İzahatında o, Apostolyanunun çox ağıllı və etibarlı bir qadın olduğunu vurğulayıb.

Hazırda isə musiqiçinin və onun komandasının Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışları davam edir.

7 Dek 2019
Şou-biznes

Aktrisadan efirdə QEYRİ – ETİK HƏRƏKƏT — VİDEO

Aktrisa Çimnaz Sultanovanın efirdə mahnı ifa edərkən rəqs etməyi bir mənalı qarşılnmayıb.

7 Dek 2019
Şou-biznes

Ancelina Colinin qızı cinsiyyətini dəyişdirməkdə qərarlıdır

Ancelina Coli və Bred Pitin doğma qızları haqqında maraqlı iddia irəli sürülüb.

6 Dek 2019
Şou-biznes

Xoşqədəm efirdə hönkür-hönkür ağladı: "Özümü bağışlaya bilmirəm" - VİDEO

Teleaparıcı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu proqramda vəfat edən qardaşından danışarkən hönkür-hönkür ağlayıb. 

6 Dek 2019
Şou-biznes

Murad Arif "Eurovision"a getmək istəyir

Müğənni-bəstəkar Murad Arif "Eurovision"a getmək istəyir.

6 Dek 2019
Şou-biznes

Məşhur aktyor 30 kilo arıqladı — FOTO

Türkiyəli məşhur aktyor Şahan Gökbaharın çəkisi 100 kilo olduğu üçün arıqlamaq qərarı alıb.