Mərkəzi Neftçilər Xəstəxanasının 60 illik yubileyi qeyd edilib

Mərkəzi Neftçilər Xəstəxanasının 60 illik yubileyi qeyd edilib
09 Dek 2016 09:02

Dekabrın 8-də Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının 60 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, xəstəxananın baş direktoru Leyla Seyidbəyova bu tibb ocağının 1956-cı ildə Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanası adı ilə yaradıldığını xatırladıb. Məlumat verib ki, xəstəxana çox keçmədən neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində Azərbaycanın ən böyük mərkəzinə çevrilib. Bir neçə il sonra burada yeni korpuslar tikilib, klinika keyfiyyətli tibbi xidmətləri təmin etməyə imkan verən bütün lazımi avadanlıqla təchiz edilib.

Qeyd olunub ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanası ən müasir müalicə-diaqnostika avadanlıqları və gündəlik fəaliyyəti üçün lazım olan hər cür dərman preparatları ilə təmin edilib. Xəstəxananın zəngin maddi-texniki bazası və güclü kadr potensialı burada mürəkkəb cərrahi əməliyyatlar aparmağa imkan verir. Xəstəxanada üç tibb elmləri doktoru və 25 tibb elmləri namizədi çalışır.

Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev xəstəxananın kollektivini yubiley münasibətilə təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb. Nazir vurğulayıb ki, son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına təkan verib. Oqtay Şirəliyev tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə danışıb.

Yubiley mərasimində Mərkəzi Neftçilər Xəstəxanasının bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı oxunub. O.Şirəliyev təltif olunan şəxslərə medalları təqdim edib. Bundan başqa, xəstəxananın bir sıra əməkdaşları “Səhiyyə əlaçısı” döş nişanına layiq görülüb.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.