Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi sənədləri “WikiLeaks”in əlinə necə keçib?

Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi sənədləri “WikiLeaks”in əlinə necə keçib?
09 2017 14:34

ABŞ-ın xüsusi xidmət orqanları Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərinin sızdırılması və “WikiLeaks” saytında dərc olunması ilə bağlı federal səviyyəli təhqiqata başlayıb.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi ilk növbədə məxfi informasiyanın saytın əlinə necə keçməsini araşdırmaq istəyir.

Ağ evin mətbuat katibi Şon Spayser ABŞ Prezidenti Donald Trampın hadisədən “son dərəcə narahat” olduğunu deyib.

“Bir qədər əvvəl prezident məxfi informasiyanın sızmasına səbəb olan hər kəsin qanun qarşısında ciddi cəzalanacağını bildirib. Burada söhbət milli təhlükəsizliyə təhdiddən gedir”, - deyə Spayser bildirib və məlumatın sizmasının Barak Obamanın prezidentliyi dövründə baş verdiyini qeyd edib.

“WikiLeaks” saytı əldə etdiyi informasiyaya istinadla Frankfurt Maynda yerləşən ABŞ konsulluğunda kiber-hücum üzrə mütəxəssislərin gizli qərargahının olduğunu, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının isə konsulluğa diplomatik pasportlarla gəldiyini xəbər verib.

Həmçinin saytın məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsi insanları izləmək üçün proqram hazırlayıb. Onun köməyi ilə audio-trafik və elektron məlumatlar da daxil olmaqla, bütün dünyadakı smartfonlara giriş əldə etmək mümkündür. İzləmə qurğusu kimi isə çoxfunksiyalı “Samsung smart TV” televizorlarından istifadə edilə bilər.


4 Okt 2024
Dünya

Bir həftə ərzində 350 ABŞ vətəndaşı Livanı tərk edib

Son bir həftə ərzində 350-yə yaxın ABŞ vətəndaşı və orada yaşamaq icazəsi olan şəxslər Vaşinqtonun təşkil etdiyi aviareyslərlə Livanı tərk edib.

4 Okt 2024
Dünya

İranın XİN başçısı Livanda səfərdədir

İranın xarici işlər naziri Abbas Ərakçi Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün bu ölkədə səfərdədir.

4 Okt 2024
Dünya

Türkiyədə zəlzələ oldu

Türkiyənin Konya vilayətində 4,3 maqnitudada zəlzələ baş verib.

3 Okt 2024
Dünya

Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib.

3 Okt 2024
Dünya

Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda COP29 iqlim konfransının keçiriləcəyi Bakı şəhərinə gəlmək planlarını təsdiqləyib.