Mərkəzi Bank uçot dərəcəsini qaldıracaq – Proqnoz

Mərkəzi Bank uçot dərəcəsini qaldıracaq – Proqnoz
03 2017 16:45

Hər il olduğu kimi Mərkəzi Bank növbəti ilin pul siyasətinin əsas istiqamətləri ilə bağlı Bəyanatını açıqladı. Əvvəlki illərlə müqayisədə son 3 ildə bu Bəyanata diqqət xüsusilə artıb. Ölkənin monetar qurumunun növbəti ildə atacağı addımlar indiki qədər həssaslıqla qarşılanmamışdı.

Banker.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev öz fikirlərini oxucularla bölüşüb.

2015-ci ildə Mərkəzi Bankın iradəsindən kənar həyata keçirilən uğursuz məzənnə siyasətinin acı nəticələri Bankın qərar qəbulu prosesində zəifləmiş mövqeyini bərpa etməsinə, 2016-cı ildən başlayaraq ölkənin maliyyə siyasətinin müəyyənləşdirilməsində təşəbbüsü ələ götürməsinə səbəb oldu. Hətta tənzimləmə və nəzarət kimi funksiyaların əlindən alınması Mərkəzi Bankın mövqeyinə təsir etmədi. Maliyyə Sabitliyi Şurasının yaradılması ilə bir tərəfdən hökumətin maliyyə blokunda koordinasiya problemini aradan qaldırdısa, digər tərəfdən Mərkəzi Bankı maliyyə sektorunda əsas söz sahibinə çevirdi.

Bu baxımdan Mərkəzi Bankın 2017-ci il üçün pul siyasəti ilə bağlı Bəyanatı yeni qədəm qoyduğumuz ildə hökumətin maliyyə sektorunda niyyətinin nədən ibarət olacağını qiymətləndirməyə imkan verir. Qeyd edim ki, bu Bəyanat əvvəlkilərdən “səmimiliyi” ilə fərqlənir. Görünən budur ki, növbəti il də sərt pul kredit siyasəti davam etdiriləcək, iqtisadiyyatın pulla təminatı səviyyəsi 2016-cı ildə olduğu kimi məhdud həcmdə olacaq. İqtisadiyyat yenə pulsuz qalacaq. Deməli, bank sektorunun və ümumilikdə iqtisadiyyatın kiçilməsi prosesi davam edəcək. Mərkəzi Bankın qarşısında duran əsas vəzifə inflyasiya səviyyəsinin nəzarətdən çıxmasına imkan verməmək olacaq. Milli valyutanın ucuzlaşması fonunda idxal inflyasiyasının təzyiqinin artması ölkədə qiymət artımının zəncirvari reaksiyasını şərtləndirəcək. Tədiyyə balansının və valyuta bazarının tarazlaşdırılması üçün idxalın məhdudlaşdırılması tədbirləri davam etdiriləcək. Ancaq Bəyanatda deyildiyi kimi, “neftin dünya qiymətinin əhəmiyyətli yüksəlməyəcəyi təqdirdə cari hesabda kapitalın və maliyyənin hərəkəti hesabının kəsirini örtə biləcək qədər profisitin yaranması ehtimalı hələ ki, aşağıdır”. Dövlət sektorunun irihəcmli xarici borc ödənişləri və strateji enerji layihələrinin maliyyələşdirilməsi öhdəlikləri Azərbaycanın valyuta bazarına mənfi təsir edərək manata təzyiqi artıracaq. Hökumət xarici aktivlər və beynəlxalq təşkilatların kreditləri hesabına bu təzyiqi azaltmağa çalışsa da daxili valyuta bazarının müdaxiləsiz keçinmək mümkün olmayacaq. Tədiyə balansında kəsirin maliyyələşdirilməsi, o cümlədən xarici valyutada olan bir sıra öhdəliklərin məqsədyönlü tənzimlənməsi tədbirlərinin nədən ibarət olmasını zaman göstərəcək.

Manatın dəstəklənməsi tədbirləri çərçivəsində uçot dərəcələrinin yüksək səviyyədə saxlanılması, inflyasiya təzyiqi artdıqca uçot dərəcələrinin də qaldırılması siyasəti davam etdiriləcək. Uçot dərəcələrinin hazırki 15%-dən 20%-ə qədər qaldırılması ehtimalı yüksəkdir. Uçot dərəcəsinin artımını həmçinin Mərkəzi Bankın keçirtdiyi depozit hərraclarının və qısamüddətli notların cəlbediciliyi artırmaq siyasəti şərtləndirəcək.

2017-ci ildə iqtisadiyyata yönəldilən kreditlərin, xüsusən də milli valyutada olan kreditlərin illik faiz dərəcələrinin azaldılması mümkün olmayacaq. Mərkəzi Bank banklara uzumüddətli və ucuz malyyə resursları ilə məhdud dəstək verəcək. Bu dəstək daha çox qısa müddətli və məqsədli olacaq. Kapital axının qarşısını almaq üçün xaricə köçürmələrə tətbiq edilən məhdudiyyətlər artırılacaq.


23 Yan 2021
İqtisadiyyat

Azərbaycanda neft hasilatı artacaq

OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarına dair mövcud razılaşmanın başa çatacağı 2022-ci il aprel ayından sonra Azərbaycanda hasilatın həcmi 2019-cu ildəki gündəlik 713 min barel səviyyəsinə qayıdacaq.

23 Yan 2021
İqtisadiyyat

Vətən müharibəsinin iştirakçısı: “Döyüş zamanı yoldaşının canı sənə əmanət olur” - FOTO

Müharibənin bitməyinə bir gün qalmış döyüş yoldaşlarımızdan biri dedi ki, mən hamınızdan tez gedəcəm evə. Həmin gecə ermənilərin diversiya qrupu Zəngilana hücum etdi, iki nəfər şəhid oldu və onlardan biri də həmin yoldaşımız idi.

23 Yan 2021
İqtisadiyyat

Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ

Əmanətlərin Sığortalanması Fondu (ADİF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 24 min 265 qorunan əmanətçisinə 619,4 milyon manat kompensasiya ödəyib.

22 Yan 2021
İqtisadiyyat

Mərkəzi Bankdan 500 manatlıq pul nişanı ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

22 Yan 2021
İqtisadiyyat

Qarabağ ilə bağlı yeni sayt istifadəyə verildi - FOTO

Azərbaycan Turizm Bürosu tərəfindən “WhereisKarabakh.com” (“Qarabağ harada yerləşir?”) veb-saytı istifadəyə verilib.