Məleykə Abbaszadə: Müəllimlər abituriyentlərin bilik səviyyəsindən narazıdırlar

Məleykə Abbaszadə: Müəllimlər abituriyentlərin bilik səviyyəsindən narazıdırlar
05 Dek 2016 17:11

“Hamı deyir, imtahanlar asan olsun. Amma biz istəyirik ki, riyaziyyat müəllimliyinə gedən riyaziyyat fənnini bilsin. Reallığı dərk edərək iş görmək lazımdır”.

REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ali məktəb müəllimləri abituriyentləri qəbul edəndə onların bilik səviyyəsindən narazılıq edirlər: 

“Baxmayaraq ki, abituriyent 300-400 bal toplayır, yenə də ali məktəb müəllimləri narazıdırlar. Çünki abituriyentlər mətni oxuyub anlamırlar. Abituriyentlər yalnız test suallarına cavab verir. Kurikkuluma keçid düzgün aparılsaydı, bu, uşaqların xeyrinə olacaqdı. Ümidvarıq ki, indi apardığımız işlər müəllimləri də, şagirdləri də düzgün istiqamətdə işləməyə vadar edəcək”.

M.Abbaszadə qeyd edib ki, buraxılış imtahanlarına proqramdan kənar heç bir sual daxil edilməyib: 

“IX və XI sinfin buraxılış imtahanlarının buraxılış imtahanlarının nəticələrinin müqayisəsini aparırıq. Regionlar üzrə IX sinifdə bir regionda bir fəndən orta statistik göstərici 15%-dirsə, iki il sonra XI sinifdə bu rəqəm 25-30% olur. Bu io deməkdir ki, 9 il bu uşaq nə ilə məşğul olubsa, ona uyğun nəticə göstərir. Qarşıdakı 2 il ərzində ali məktəbə hazırlaşanda səviyyəni 25-30% qaldırmaq mümkündür. Bünövrə sıfırdırsa, 50% nəticə göstərmək mümkün deyil. Bu il nə qədər yer boş qaldı, heç ora sənəd verən olmadı. 

Şagirdlərin nəticələri aşağı olanda isə Rusiya və Ukraynanın ali məktəblərinə üz tuturlar".


26 Sent 2023
Cəmiyyət

Quba şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı seçilib

Quba şəhəri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirlərinin növbəti görüşünə qədər qurumun kənd təsərrüfatı paytaxtı seçilib.

26 Sent 2023
Cəmiyyət

Azərbaycan Macarıstanla iqtisadi-ticari əməkdaşlığın perspektivlərini müzakirə edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.

26 Sent 2023
Cəmiyyət

Xınalıqda 20 evdə bərpa işləri aparılır - FOTO

“Hazırda Quba rayonunun Xınalıq kəndində 20 evdə bərpa işləri aparılır”.

26 Sent 2023
Cəmiyyət

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 km-lik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.

26 Sent 2023
Cəmiyyət

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub.