Mehriban Əliyevanın təşəbbüsü ilə 70 minə yaxın aztəminatlı ailəyə bayram payı verildi - FOTO

Mehriban Əliyevanın təşəbbüsü ilə 70 minə yaxın aztəminatlı ailəyə bayram payı verildi - FOTO
13 2019 15:23



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması bu gün də davam edib.

Bu barədə Heydər Əliyev Fondunun məlumatında deyilir.

Qeyd edək ki, avqustun 11-dən etibarən başlayan və Bakının rayonları, eləcə də, respublikanın bütün regionlarını əhatə edən layihə zamanı 70 minə yaxın aztəminatlı ailənin bayramı təbrik edilib, onlara qurban payları verilib.

Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bu gün Bakı şəhərində, Füzuli, Beyləqan, Goranboy və digər rayonlarda ünvanlı sosial yardım alan növbəti ailələrə baş çəkib və Fondun adından qurban payları çatdırıb.

Qeyd edək ki, bayram ərəfəsində ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək aztəminatlı ailələrin hər biri üçün qablaşdırılıb və üç gün ərzində paylanılıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.

Realpress.az


8 Avq 2020
Siyasət

Prezident onu təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Şahbaz Muradovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

8 Avq 2020
Siyasət

İlham Əliyev Təhsil Nazirliyinə yeddi milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

8 Avq 2020
Siyasət

Ukrayna Xarici İşlər nazirinin müavini ermənipərəst deputatın ona qarşı bəyanatlarını “absurd teatrı” adlandır

Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar “Xalqın xidmətçisi” Partiyasının deputatı Darya Volodinanın Türkiyədə 1915-ci il “erməni soyqırımı”nın tanınmaması mövzusunda ölkənin rəsmi mövqeyinin izah olunduğu məktubla bağlı fikirlərini “absurd teatrı” adlandırıb.

7 Avq 2020
Siyasət

Ədalət Vəliyev Azərbaycan Milli Hərəkat Partiyasının sədri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Azərbaycan Milli Hərəkat Partiyasının (MHP) sədri Samir Cəfərov arasında avqustun 7-də görüş keçirilib. 

7 Avq 2020
Siyasət

Kamaləddin Qafarov: Yeni idarəetmə sisteminə keçid iqtisadi islahatların növbəti mərhələsidir

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə  söylədiyi  əhatəli nitqi, ölkədə pandemiya şəraitində baş verən cari  proseslərlə bağlı əsaslandırılmış   çıxışı ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.