Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında – FOTO

Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında – FOTO
02 2017 08:43

Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında – FOTO

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində 226 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak edib.

Oxu.Az xəbər verir ki, Birinci vitse-prezident körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan Mehriban Əliyevaya məlumat verdi ki, körpələr evi-uşaq bağçası Pirşağı qəsəbəsi 112 saylı orta məktəbin binasında 2 qrupla fəaliyyətə başlayıb. Bu məktəbin binası qəzalı vəziyyətdə olduğundan 2011-ci ilin aprel ayında söküldükdən sonra uşaq bağçası Pirşağı qəsəbə nümayəndəliyinin birmərtəbəli binasında 2 otaqda yerləşdirilib. Uşaq bağçası 35 yerlik 2 qrupdan ibarət idi. Prezident İlham Əliyevin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planının icrası ilə əlaqədar Pirşağı qəsəbə nümayəndəliyi üçün başqa yer ayrıldıqdan sonra 2013-cü ilin iyun ayında qeyd edilən ünvanda yerləşən birmərtəbəli köhnə bina sökülərək yerində uşaq bağçası üçün yeni binanın inşasına başlanılıb.

İndi 110 yerlik bu müəssisədə 2-6 yaş arasında uşaqlar tərbiyə olunurlar. Üçmərtəbəli körpələr evi-uşaq bağçasında azyaşlı sakinlərin rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək, həmçinin onlarda olan bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli lazımi şərait yaradılıb. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, musiqi zalları, yeməkxana var.

Körpələr evi-uşaq bağçası ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzulayıb.

 


16 Okt 2021
Siyasət

İlham Əliyev Müstəqillik Günü haqqında yeni qanunu imzalayıb - VİDEO

Prezident İlham Əliyev Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

15 Okt 2021
Siyasət

Prezident Tehran-İrəvan “qardaşlığı”nın “tolerantlıq” oyununu alt-üst etdi – TƏHLİL

Çıxışlarında daim Azərbaycanın qüdrətini, haqlı mübarizəsini ön planda saxlayan, beynəlxalq arenada dövlətimizin maraqlarını inamla müdafiə edən dövlət başçısı iştirak etdiyi bütün platformalarda xalqımıza və dövlətimizə qarşı təhdidləri ifşa edir, faktlara əsaslanan əsaslı arqumentləri ilə onların iddialarına ağır zərbə endirir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də növbəti dəfə daha bir mötəbər platformada - Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında regiondakı vəziyyət, yeni yaranmış reallıqlarla bağlı fikirlər səsləndirib, bir çox məsələlərlə bağlı ölkəmizin mövqeyini ortaya qoyub, bu mövqeyi prinsipiallıq və qətiyyətlə müdafiə edib.

15 Okt 2021
Siyasət

İlham Əliyev İran və Ermənistanın müştərək cinayətlərini ifşa etdi: Narkotrafik, terrorçuluq... - TƏHLİL

Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində İran siyasətinin təməlindəki anti-Azərbaycan siyasətinin təzahürlərinə diqqət çəkmişdi.

15 Okt 2021
Siyasət

İlham Əliyev: “Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb”

“Vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib”. 

15 Okt 2021
Siyasət

İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.