Mehriban Əliyeva görkəmli xanəndə Ağaxan Abdullayevlə vida mərasimində iştirak edib (FOTO)

Mehriban Əliyeva görkəmli xanəndə Ağaxan Abdullayevlə vida mərasimində iştirak edib (FOTO)
27 Dek 2016 09:07

Dekabrın 26-da milli musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti, Prezident təqaüdçüsü, xanəndə Ağaxan Abdullayevin cənazəsi son mənzilə yola salınıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva vida mərasimində iştirak edib, unudulmaz sənətkarın ailə üzvlərinə və qohumlarına dərin hüznlə başsağlığı verib.

Mərhumun cənazəsi Suraxanı rayon Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından, Heydər Əliyev Fondunun kollektivi adından əklillər düzülmüşdü. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər qoyulmuşdu.

Salonda həzin matəm musiqisi səslənirdi.

Ağaxan Abdullayevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın mədəniyyət sarayının binasına gəlir, görkəmli sənətkara son borclarını verirdilər.

Matəm mərasimini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq deyib ki, Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəstxətti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus bir yol açıb. A.Abdullayevin klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi.

Bildirilib ki, 1950-ci ildə Bakıda dünyaya göz açan sənətkar A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edib. Böyük sənətkarımız Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşıb, dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlərinə çıxıb. Hər yerdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını böyük şövqlə, əsl ustalıqla ifa edib. O, nə oxuyubsa ürəkdən oxuyub. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb.

Nazir vurğulayıb ki, Ağaxan Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.

Diqqətə çatdırılıb ki, xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. O, dəfələrlə televiziya muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olub.

Nazir vurğulayıb ki, Ağaxan Abdullayevin sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.

Vida mərasimində çıxış edən Xalq artistləri Arif Babayev, Alim Qasımov və Siyavuş Kərimi Ağaxan Abdullayevin ifaçılıq məharətindən, muğamlarımızın təbliği, tanıdılması və inkişafı naminə gördüyü fədakar işlərdən danışıblar.

Bildirilib ki, Ağaxan Abdullayev musiqimizin və mədəniyyətimizin tarixində əbədi qalmaq haqqını qazanmış sənətkarlardandır.

Mərhumun ailəsi adından çıxış edən oğlu Xoşbəxt Abdullayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib.

Sonra böyük sənətkarın cənazəsi son mənzilə yola salınıb.

Mərhum Türkanda kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!



24 Apr 2024
Siyasət

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.

24 Apr 2024
Siyasət

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”

“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”.

24 Apr 2024
Siyasət

Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”

“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.