“O səs Türkiyə”nin “Duellər” mərhələsində azərbaycanlı müğənni Mehman Tağıyev ilə türkiyəli ifaçı Hüsnü Sarmış səhnəyə çıxıb.
Oxu.Az xəbər verir ki, onlar “Sen de gidersen” adlı mahnını duet şəklində səsləndiriblər.
Komanda rəhbəri Sibel Can yarışmaya Mehmanla davam etmək istədiyini söyləyib. Verilişin qaydalarına görə, aparıcının münsiflər heyətinə “Hüsnünü öz komandasına dəvət etmək istəyən varmı?” sualından sonra Hakan və Gökhan Özoğuzlar iştirakçını öz komandalarına qəbul ediblər.
Xatırladaq ki, M.Tağıyev “Azərbaycanın səsi - 2” yarışmasının qalibidir.
Məşhur müğənninin konserti təxirə salınıb.
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıya gəlib.
Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək.