Məhkəmə xidmətlərinin keyfiyyətini və səmərəliliyini artırmaq üçün ictimai rəy öyrənilir

Məhkəmə xidmətlərinin keyfiyyətini və səmərəliliyini artırmaq üçün ictimai rəy öyrənilir
04 2017 13:44

Məhkəmə xidmətlərinin keyfiyyətini və səmərəliliyini artırmaq üçün ictimai rəy öyrənilir. Ötən il beş pilot məhkəmədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə sorğular keçirilib. Avropa Şurası ekspertlərinin ilkin rəyinə görə, bu iş yüksək səviyyədə yerinə yetirilib, mühüm təcrübə əldə olunub. Gələcəkdə Azərbaycanın bütün məhkəmələrində belə sorğuların keçirilməsi üçün Avropa Şurası ilə qarşılıqlı faydalı əməkdaşlıq davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının martın 4-də keçirilən ümumi yığıncağında səslənib.

Tədbirdə Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının illik hesabatları dinlənilib.

Birliyin və ittifaqın sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sabit inkişafından, müxtəlif sahələrdə qazanılan uğurlardan danışıb. O, ötən ilin sentyabrında keçirilmiş referendumdan sonra baş verən mühüm yenilikləri diqqətə çatdıraraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə xanım Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsinin ölkəmizin müasir dövlət idarəetməsi sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olduğunu bildirib.

Yığıncaqda Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamından irəli gələn vəzifələr diqqətə çatdırılıb.

Ə.Cəfərov görülən işlərlə bağlı ədliyyə orqanlarının inkişafına və məhkəmə sisteminin müasirləşməsinə xidmət edən mütərəqqi islahatların müsbət nəticələrini vurğulayaraq qeyd edib ki, uğurla aparılan məhkəmə-hüquq islahatları nəticəsində ölkəmiz Avropada böyük nüfuz qazanıb. Mötəbər beynəlxalq qurumların rəhbərliyində təmsil olunan Azərbaycanın təcrübəsi ən mütərəqqi nümunə kimi qəbul edilir.

Tədbirdə Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) sədri, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi Assosiasiyanın ötən dövrdəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Sonra məhkəmə fəaliyyətinin aktual məsələləri, qabaqcıl beynəlxalq təcrübə və sair məsələlər ətrafında səmərəli müzakirələr aparılıb.


26 Sent 2023
Cəmiyyət

Quba şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı seçilib

Quba şəhəri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirlərinin növbəti görüşünə qədər qurumun kənd təsərrüfatı paytaxtı seçilib.

26 Sent 2023
Cəmiyyət

Azərbaycan Macarıstanla iqtisadi-ticari əməkdaşlığın perspektivlərini müzakirə edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.

26 Sent 2023
Cəmiyyət

Xınalıqda 20 evdə bərpa işləri aparılır - FOTO

“Hazırda Quba rayonunun Xınalıq kəndində 20 evdə bərpa işləri aparılır”.

26 Sent 2023
Cəmiyyət

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 km-lik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.

26 Sent 2023
Cəmiyyət

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub.