“Azərbaycanda dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslara qəbul olunan məcburi köçkün tələbələr əvvəlki qaydada təhsillərini davam etdirəcəklər”.
REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bunu Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib.
Ə.Həsənov deyib ki, ödənişli ixtisaslar üzrə təhsil alan məcburi köçkün tələbələrin ödənişdən azad edilməsi qüvvədə qalacaq: “Bundan sonra da məcburi köçkün tələbələr dövlət ali məktəblərində təhsil aldıqları müddətdə ödənişdən azaddırlar. Bu güzəştin ləğvi nəzərdə tutulmayıb”.
Dövlət Komitəsinin sədri məcburi köçkünlər üçün şəxsiyyət vəsiqələrinin rüsumsuz alınmasının da qüvvədə qalacağını açıqlayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.