May ayında Bakıda "Bank və maliyyə bazarlarının kibertəhlükəsizliyi" adlı konfransın keçirilməsi planlaşdırılır.
AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, konfransda bankların kibertəhlükəsizlik üzrə məsul şəxsləri, departament direktorları, bank-maliyyə sektorunda bu məsələyə nəzarət edən dövlət qurumlarının və tərəfdaş kibertəhlükəsizlik şirkətlərinin nümayəndələri iştirak edəcək. Hazırkı mərhələdə konfransda tərəfdaş kimi çıxış etmək istəyən informasiya texnologiyaları şirkətlərinin müraciətlərinə baxılır.
Konfransda bankların informasiya təhlükəsizliyi üzrə risk ssenariləri, internet və mobil bankçılıq təhlükəsizliyi, ATM təhlükəsizliyi, təhlükəsizlikdə insan amili – sosial mühəndislik həmlələri və digər mövzularda çıxışlar olacaq, xüsusilə, banklarda kibertəhlükə üzrə erkən xəbərdarlıq sistemləri və avtomatlaşdırılmış maliyyə əməliyyatları sistemlərinin kibertəhlükəsizliyi barədə iştirakçılar məlumatlandırılacaq.
Həmçinin konfransda mövcud trendlər haqqında müzakirələr aparılacaq, bank-maliyyə sektorunda kibertəhlükəsizliyin artırılması istiqamətində konfrans iştirakçılarının təklifləri səsləndiriləcək.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
2020-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.
2021-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 146 milyon ABŞ dolları təşkil edib.