Masallıda təhsil alan tələbələr Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər

Masallıda təhsil alan tələbələr Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər
10 Dek 2016 11:05

Dekabrın 9-da Masallı şəhərindəki Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələrlə yanaşı, Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının fəalları, ziyalılar, müharibə və əmək veteranları, məktəblilər, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər. Toplantıda çıxış edən Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb.

Anım tədbirində kollecin müəllimi Dilarə Hüseynovanın “Əbədiyaşar xilaskar, müdrik rəhbər, Ulu Öndər" adlı məruzəsi dinlənilib.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmaqla onun hərtərəfli inkişafına nail olub, müstəqilliyimizi əbədi və dönməz edib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev böyük rəhbərin gənclərə qayğısından danışıb.

Tədbirin sonunda tələbələrinin ifasında Xalq şairi Zəlimxan Yaqubun "Ölümsüz həyat" poemasının motivləri əsasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


9 Dek 2023
Cəmiyyət

Müdafiə Nazirliyi: "Növbəti ildə azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edəcək"

Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.

9 Dek 2023
Cəmiyyət

Hindistanda güclü qasırğa 24 nəfərin ölümünə səbəb oldu

“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.

9 Dek 2023
Cəmiyyət

Zakir Həsənovdan mühüm tapşırıq

Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

9 Dek 2023
Cəmiyyət

İstirahət gününün HAVA PROQNOZU - Evdən çıxarkən çətirləri unutmayın

Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.