Malayziyanın yeni Ali hökmdarı (Kralı) seçilmiş Kelantan ştatının sulatanı V Məhəmməd taxta çıxıb.
Bu barədə BERNAMA informasiya agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, V Məhəmməd Kralın rəsmi iqamətgahı olan Neqara İstana sarayında tənətənəli mərasimdə and içib. O, qarşıdakı 5 ildə Malayziyanın Kralı olacaq.
Malayziyada Ali hökmdarın seçilməsi üçün səsvermə oktyabrın 14-də keçirilib. Malayziya Kralı Silahlı Qüvvələrin Ali Baş Komandanı və Malayziya müsəlmanlarının dini rəhbəri olaraq, əsasən təmsilçilik funksiyalarını yerinə yetirir.
Kral Məhəmməd 1969-cu il oktyabrın 5-də anadan olub. Ali təhsilini Böyük Britaniyada alan Kral ekstremal idman növləri, yüksək dözümlülük tələb edən maneələrlə qaçış və idman atıcılığına böyük maraq göstərir.
Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki Azərbaycan Turizm Bürosu ilə Albaniya Milli Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.
"Şuşa şəhəri özünün bərpa və dirçəliş templəri ilə təəccübləndirməyə davam edir".
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.