2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına ərizə qəbulu davam edir.
APA-nın xəbərinə görə, bu gün saat 11.00-dək 12 154 nəfər bakalavr öz ərizəsini təsdiqləyib. Təsdiq edilmiş ərizələrin 10 990-ı Azərbaycan, 1164-ü isə rus bölmələrinə aiddir.
Hazırda ərizə qəbulu davam edir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün magistraturaya qəbul elan edib. Lakin sonradan magistraturaya sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb. Magistratura imtahanın birinci mərhələsi aprelin 9-da, imtahanın ikinci mərhələsi isə 4 iyunda keçiriləcək.
Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 44 günlük Vətən Müharibəsində həlak olmuş və yaralanmış hərbçilərə ödənilən vəsaitlərin həcmini açıqlayıb.
Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstanın paytaxtına və əks istiqamətdə xüsusi reyslər həyata keçirməyə başlayır.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.