Magistratura və rezidenturaya sənəd qəbulunun müddəti uzadılıb

Magistratura və rezidenturaya sənəd qəbulunun müddəti uzadılıb
17 2017 13:44

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri hazırda Təhsil Nazirliyi ilə razılaşdırılır. Bu razılaşdırma başa çatdıqdan sonra müsabiqə şərtləri "Abituriyent" jurnalında çap ediləcək.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfansında deyib.

Onun sözlərinə görə, "Abituriyent" jurnalı Novruz bayramından sonra işıq üzü görəcək.

M.Abbaszadə qeyd edib ki, dünəndən ali və orta ixtisas məktəblərinə tələbə qəbuluna başlanılıb: "Qəbul imtahanın 1-ci mərhələsində iştirak etmək istəyənlər aprelin 10-dək qeydiyyatdan keçməlidirlər. Artıq 22 mindən çox şəxs artıq elektron ərizə verib".

Şura sədri bildirib ki, magistratura və rezidenturaya qəbul üçün sənəd rqəbulu bu gün yekunlaşmalı idi. Lakin indiyədək magistraturaya sənəd verənlərin 2111-i, rezidenturaya sənəd verənlərin isə 900 nəfəri ərizəsini təsdiqləməyib.

M.Abbaszadə deyib ki, ödənişin aparılması ilə bağlı müəyyən problemlər olduğundan magistratura və rezidenturaya sənəd qəbulunun müddəti martın 28-dək uzadılıb: "Bayram günlərində də sənəd vermək və təsdiqləmək mümkün olacaq. Marın 28-də magistratura və rezidenturaya sənəd qəbulu bitəcək".


25 Sent 2023
Cəmiyyət

Mina terrorunda şəhid olan polkovnik-leytenant İkinci Şəhidlər xiyabanında dəfn edilib - FOTO

Sentyabrın 24-də “KamAZ” markalı hərbi nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun polkovnik-leytenantı Əkrəm Şadmanov dəfn edilib.

25 Sent 2023
Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlanıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

25 Sent 2023
Cəmiyyət

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.