Madridin “Real” klubu məğlubiyyətsiz oyunlarının sayını 38-ə çatdırıb.
AZƏRTAC xəbər verir ki, Zinəddin Zidanın yetirmələri İspaniya Kral Kuboku turnirinin səkkizdəbir final mərhələsinin ilk matçında “Sevilya”nı 3:0 hesabı ilə məğlub edərək bu uğurlu seriyanı davam etdiriblər.
Qeyd edək ki, “Kral” klubu sonuncu məğlubiyyətini ötən il aprelin 6-da Çempionlar Liqasının dörddəbir finalının ilk matçında səfərdə Almaniyanın “Volfsburq” klubu qarşısında alıb (0:2).
Rusiya "Arsenal"ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev "Axmat" komandasına keçəcək.
Türkiyənin gənclər və idman nazirinin müavini Halis Yunus Ersöz Azərbaycana təşəkkür edib.
"Azərbaycan hökuməti hər zaman gənclərin fəaliyyətini yüksək qiymətləndirib. Ölkəmiz bu istiqamətdə öz töhfələrini verib".