MSK-ya maliyyə hesabatı təqdim etməyən partiyaların sayı açıqlanıb

MSK-ya maliyyə hesabatı təqdim etməyən partiyaların sayı açıqlanıb
03 2017 17:34

Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim etməyən partiyaların sayı məlum olub.

Oxu.Az xəbər verir ki, MSK sədrinin müavini Natiq Məmmədov Report-a deyib ki, aprelin 1-dək dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 27-si maliyyə hesabatı təqdim etməyib.

O bildirib ki, siyasi partiyalarla bağlı məsələ araşdırılır.

Maliyyə hesabatı verən partiyalar hakim Yeni Azərbaycan Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Liberal Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Kommunist Partiyası, Böyük Quruluş Partiyası, Müsavat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Birlik Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası və digər partiyalardır.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.