MSK Birinci vitse-prezident Mehriban Əliyevanın deputatlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edib

MSK Birinci vitse-prezident Mehriban Əliyevanın deputatlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edib
06 2017 16:22

Martın 6-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iclasın gündəliyi barədə məlumat verib.

İclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məsələyə baxılıb.

Məzahir Pənahov bildirib ki, deputatlıq fəaliyyəti dövründə Mehriban Əliyeva böyük uğurlar qazanıb. Onun fəaliyyəti seçicilər tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Mehriban Əliyeva, həmçinin Heydər Əliyev Fondunun prezidenti kimi də Azərbaycan mədəniyyətinin dünyada təbliği, tariximizin qorunub saxlanılması istiqamətində misilsiz xidmətlər göstərib. MSK sədri əminliklə bildirib ki, Birinci vitse-prezident kimi fəaliyyətində də Mehriban Əliyeva xalqımızın və dövlətimizin maraqlarına uyğun fəaliyyət göstərəcək.

Qeyd edilib ki, Mehriban Əliyeva ərizə ilə müraciət edərək Birinci vitse-prezident seçilməsi ilə əlaqədar deputatlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət edib. Mərkəzi Seçki Komissiyası Konstitusiyanın və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məsələyə baxıb. Bununla bağlı qərar səsə qoyularaq qəbul edilib.


4 Okt 2024
Siyasət

Prezident: "Azərbaycanın böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi bundan sonra da uğurla gedəcək"

"Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək".

4 Okt 2024
Siyasət

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

4 Okt 2024
Siyasət

Azərbaycan Prezidenti: "Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür"

"Bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir".

4 Okt 2024
Siyasət

Mikayıl Cabbarov ilə xarici şirkət rəhbəri arasında görüş keçirilib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü Marko Villa ilə görüş keçirib.

4 Okt 2024
Siyasət

Azərbaycan Prezidenti: "Ermənistan təhlükəli oyunlara qoşulub"

"Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın.