MMA qarışıq döyüş növü üzrə Naxçıvan şəhər birinciliyində 70-ə yaxın idmançı qüvvəsini sınayıb

MMA qarışıq döyüş növü üzrə Naxçıvan şəhər birinciliyində 70-ə yaxın idmançı qüvvəsini sınayıb
15 Dek 2016 11:15

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə gənclər və kişilər arasında MMA qarışıq döyüş növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 çəki dərəcəsində 70-ə yaxın idmançı qüvvəsini sınayıb.

Yarış başlamazdan əvvəl Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək tədbirin keçirilmə məqsədi və qaydaları haqqında idmançılara məlumat veriblər.

Gərgin mübarizə şəraitində keçən yarışda Fərid Məmmədov, Nizami Hüseynov, Elvin Tağıyev, Elçin Əsgərov, Cəmaləddin Tağıyev, Məhəmmədəli Bağırov, Nəcəfəli Nəcəfov müvafiq olaraq 52, 56, 61, 66, 70, 77 və 84 kiloqram çəki dərəcələrində I yerlərə layiq görülüblər.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.


4 Dek 2023
İdman

Azərbaycanın daha bir paralimpiya çempionu Qran-pridə gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb.

4 Dek 2023
İdman

Azərbaycanın kişi güləşçiləri dünya çempionatında beş medal qazanıblar - YENİLƏNİB

Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü beş medalla başa vurublar.

1 Dek 2023
İdman

Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçirilib - FOTO

Noyabrın 29-da Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə sərbəst güləş üzrə növbəti mükafatlandırma mərasimi keçirilib.

1 Dek 2023
İdman

Rusiyanın baş naziri Əli Əsədovu təbrik etdi

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycanın Baş Naziri Əli Əsədov arasında telefon danışığı olub.

1 Dek 2023
İdman

Azərbaycanın daha iki güləşçisi dünya çempionu oldu - YENİLƏNİB

Azərbaycanın daha beş güləşçisi Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında medal qazanıb.