Lionel Messi FİFA-dan üzr istəyib

Lionel Messi FİFA-dan üzr istəyib
30 2017 17:27

Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi 2018-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə matçında davranışına görə üzr istəyib.

Oxu.Az bu barədə Rambler.news-a istinadən xəbər verir. 

Xatırladaq ki, görüş 1:0 hesabı ilə başa çatıb, yeganə qolu Messi vurub. Oyundan sonra qalmaqal yaranıb, FİFA Leonu arbitri təhqir etməkdə ittiham edib. Hakimlər argentinalıdan heç bir təhqir eşitmədiklərini iddia ediblər. Buna baxmayaraq, ali futbol qurumu 30 yaşlı hücumçunu 4 oyunluq cəzaya, 10 min İsveçrə frankı məbləğində cəriməyə məruz qoyub. Cəza yalnız Argentina yığmasının rəsmi oyunlarına şamil olunur. Komandanın liderinin oyundan kənarlaşdırılması Boliviya ilə matçın 0:2 hesabı ilə bitməsinə səbəb olub. 

Hakimə qarşı nalayiq söz işlətmədiyini qeyd edən Messi ədalət təmsilçisi ilə dostcasına söhbət etdiyini vurğulayıb. O, öz-özünə danışdığını, yanlış anlaşılmaya görə üzr istədiyini bildirib.

“Köməkçi-hakimi təhqir etməklə bağlı ittihamı tamamilə inkar edirəm. O, braziliyalıdır və nə dediyimi əla başa düşürdü. Hətta aramızda dostcasına söhbət oldu. Dediyim sözlər onun ünvanına olmayıb. Bu sözləri havaya, öz-özümə deyirdim. Şübhəsiz, dediklərimə görə üzr istəyirəm”.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.