Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan həftəsonu baş tutacaq görüşdə Suriya nizamlanmasını müzakirə edəcəklər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün bəyan edib.
“Türkiyə həm Azərbaycanın, həm də Rusiyanın yaxın tərəfdaşıdır. Yaxın gələcəkdə prezidentlər səviyyəsində Rusiya və Türkiyə sammiti baş tutacaq. Qarşılıqlı fəaliyyətimizin müxtəlif istiqamətlərində danışacağıq. Bu həm ticarət, həm iqtisadiyyat, həm investisiyalar, müştərək infrastruktur layihələri və əlbəttə ki, xarici siyasət əməkdaşlığı, hər şeydən öncə isə Suriya böhranının tənzimlənməsi daxildir. Astana platformasında inkişaf edən bu danışıqlara, yeri gəlmişkən İran da qoşulub”, - bunu Lavrov Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ilə görüşün nəticələrində deyib.
Daha öncə Rusiya rəhbərinin mətbuat katibi Dmitri Peskov Putinin Moskvada martın 10-da Ərdoğan ilə görüşəcəyini bildirib.
Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra Perunun paytaxtı Limada keçirilən “İnternational challenge” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıb.
Nigeriyanın şimal-şərqində “Boko Haram” terror təşkilatı mülki əhaliyə hücum aktı həyata keçirib.
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 276 270 hərbçisi məhv edilib.