Latın Amerikasında dünyada ilk dəfə “3D” çap metodu ilə evlər tikiləcək

Latın Amerikasında dünyada ilk dəfə “3D” çap metodu ilə evlər tikiləcək
15 2019 11:23

Latın Amerikasında dünyada “3D” çap texnologiyası üzrə ilk qəsəbənin inşasına dair layihə hazırlanır. Sözügedən layihə aztəminatlı ailələrin evlə təmin edilməsi proqramı çərçivəsində yaradılır.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, “New Story” qeyri-kommersiya təşkilatı, “Yves Béhar Fuseproject” dizayner firması və “Icon” tikinti şirkəti layihənin müəllifləridir. Ötən il Texasda keçirilmiş “SXSW” festivalında komanda sahəsi 32 kv/metr olan çap edilmiş evin konseptual modelini təqdim edib. Ev “Vulcan 3D” printerinin köməyi ilə 48 saat ərzində hazırlanıb və qiyməti 10000 dollar təşkil edib.

Sözügedən printerin yenilənmiş variantı olan “Vulcan II”-nin məhsuldarlığı iki dəfə yüksək olacaq. Printer yığcamdır, praktik olaraq tullantı istehsal etmir və elektrik enerjisi, su və lazımi infrastruktur çatışmazlığı olduqda işləmək qabiliyyətini saxlayır ki, bu da ucqar kənd regionlarında evlərin inşası üçün vacibdir.

Realpress.az


27 Fev 2020
İT

Dünyanın ən güclü smartfonunun xüsusiyyətləri açıqlanıb

“Xiaomi Black Shark 3” oyun smartfonu ən sürətli reaksiyaya malik ekranla təchiz ediləcək

27 Fev 2020
İT

“Nokia” növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxacaq

“Nokia” şirkəti növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxmaq niyyətindədir

26 Fev 2020
İT

“Samsung” şirkəti “Galaxy M31” smartfonunu təqdim edib

“Samsung” şirkəti 4 kameralı və 6000 milliamper/saat tutumlu batareya ilə təchiz edilmiş “Galaxy M31” smartfonunu təqdim edib.

26 Fev 2020
İT

Kassasız və növbəsiz ilk supermarket istifadəyə verilib

ABŞ-da “Amazon” şirkətinin ilk tamamilə avtomatlaşdırılmış supermarketinin rəsmi açılışı olub. Kassa aparatı və növbə yoxdur