Transxəzər dəhlizi ilə daşımaların həcminin artırılması ilə əlaqədar Kurık limanının tikintisinin ikinci fazasının icrasına başlanmalıdır.
AZƏRTAC Qazaxıstan Respublikası Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, Prezident Nursultan Nazarbayevin Qazaxıstan xalqına “Qazaxıstanın üçüncü dəfə modernləşdirilməsi: qlobal rəqabətədavamlılıq” adlı müraciətində belə deyilir.
Müraciətə görə, yeni Avrasiya logistika infrastrukturunun inkişaf etdirilməsi əsas prioritetlərdən biridir. Sənəddə deyilir: “Hökumətə tranzit daşımaların illik həcmini 2020-ci ilə qədər yüklər üçün 7 dəfə, daşınan konteynerlər üçün təqribən 2 milyon konteyner, hava nəqliyyatı ilə sərnişindaşımaları üçün 4 dəfə - təqribən 1,6 milyon tranzit sərnişin artırmağı təmin etməyi tapşırıram. Tranzit daşımalardan əldə olunan gəlirlər 5,5 dəfə - ildə təqribən 4 milyard dollar artırılmalıdır”.
Daha sonra müraciətdə deyilir ki, ölkənin nəqliyyat və tranzit potensialını tam üzə çıxarmaq üçün qonşu ölkələrlə əlaqələndirmə olmalıdır. Yüklərin tranzitinin sərbəstliyi, nəqliyyat dəhlizlərinin yaradılması və modernləşdirilməsi təmin edilməlidir. Nəqliyyat infrastrukturunun idarə olunmasına, xidmət səviyyəsinin artırılmasına və inzibati maneələrin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Transxəzər dəhlizi ilə daşımaların həcmini artırmaq üçün Kurık limanının tikintisinin ikinci fazasının – avtomobil keçidinin reallaşdırılmasına başlamaq lazımdır.
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.