Serbiya tərəfindən müharibə cinayətlərinə görə axtarışa verilən Kosovonun sabiq Baş naziri Ramuş Haradinay Fransanın Bazel-Müluz-Frayburq Aeroportunda saxlanılıb.
AZƏRTAC “lefigaro.fr” saytına istinadla xəbər verir ki, sabiq Baş nazir təyyarədən düşərkən sərhəd polisi tərəfindən dindirilib və Müluz Prokurorluğuna təhvil verilib.
2004-cü ildə Serbiya tərəfindən beynəlxalq axtarışa verilən Haradinay 1998-1999-cu illərdə Kosovoda gedən müharibə zamanı üsyançıların lideri olub. 2004-2005-ci illərdə ölkəsinin Baş naziri olmuş Ramuş Haradinay Haaqa Məhkəməsi tərəfindən iki dəfə bəraət alıb.
“Biz Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətləri sənədləşdiririk. Artıq müxtəlif faktlar, o cümlədən cinsi zorakılıqla bağlı 20 minə yaxın cinayət işi açılıb”.
Kanada Ukraynaya 40-dək zirehli döyüş maşını, eləcə də pilotsuz uçan aparatları üçün 6 kamera göndərəcək.
“Türkiyə ilə razılaşmanın arxasında dayanırıq”.