Kolumbiyada Azərbaycanın qazandığı uğurlardan bəhs olunub

Kolumbiyada Azərbaycanın qazandığı uğurlardan bəhs olunub
12 Dek 2016 10:54

Kolumbiya Senatı rəhbərliyinin təşəbbüsü əsasında Senat üzvlərinin, bu ölkədə akkreditə olunmuş səfirliklərin, Kolumbiya hökumət dairələrinin nümayəndələrinin iştirakı ilə Senatın binasında Azərbaycana həsr olunmuş təntənəli mərasim təşkil olunub.

Azərbaycanın Kolumbiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimin keçirilməsində məqsəd ölkəmizin Kolumbiyadakı müvəqqəti işlər vəkili R.Fərzəliyevin “Şərq və Qərb arasında körpü: Azərbaycan” mövzusunda çıxışının dinlənməsi və onun Kolumbiyanın ən nüfuzlu mükafatlarından biri olan “Gran Cruz con placa de oro” (Qızıl lövhəli böyük xaç) ordeni ilə təltif edilməsindən ibarət olub.

Mərasim hərbi orkestrin ifasında Azərbaycan və Kolumbiya dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Kolumbiya Senatının birinci vitse-prezidenti Daira de Yezus Qalvis mərasimdə çıxış edərək Azərbaycanı yerləşdiyi bölgənin ən nüfuzlu və qüdrətli dövlətlərindən biri kimi xarakterizə edib, qısa zaman kəsiyində ölkəmizin iqtisadi və siyasi cəhətdən dinamik inkişaf etdiyini bildirib. Azərbaycanda insanların dinindən, milliyyətindən asılı olmayaraq, azad, dinc və bərabərhüquqlu yaşadıqlarını bildirən senator ölkəmizdə səfərdə olarkən bütün bunların şəxsən şahidi olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan vitse-prezident təcavüzkar ölkənin işğal edilmiş Azərbaycan torpaqlarından çıxmaq istəməməsinin qəbuledilməz olduğunu, işğala son qoyulmasının bölgədə davamlı sülhün bərqərar olmasına, bütün regionun daha da çiçəklənməsinə, siyasi və iqtisadi sabitliyin möhkəmləndirilməsinə xidmət edəcəyini bildirib.

Senator D.Qalvis qeyd edib ki, Senatın rəhbərliyi iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində fəaliyyətinə, təmsil etdiyi ölkənin xalqının hüquqlarını səylə müdafiə etdiyinə görə R.Fərzəliyevi Kolumbiyanın ən nüfuzlu mükafatlarından biri olan “Gran Cruz con placa de oro” ordeni ilə təltif etmək barədə qərar qəbul edib.

Orden və Senatın prezidentinin imzaladığı şəhadətnamə Azərbaycan diplomatına təqdim edilib.

Daha sonra R.Fərzəliyev “Şərq və Qərb arasında körpü: Azərbaycan” mövzusunda geniş məruzə ilə çıxış edib.

Çıxışında azərbaycanlı diplomat cari ildə ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyini qeyd etdiyini bildirib. İyirmi beş ilin uzun bir zaman olmamasına baxmayaraq, əldə edilən uğurların böyüklüyünü faktlarla göstərib.

Daha sonra iştirakçılara Azərbaycanın siyasi-iqtisadi və mədəni inkişafı haqqında dolğun məlumat verilib, milli və transmilli layihələrdən bəhs olunub. Meqa infrastruktur layihələri, Asiya və Avropanı birləşdirən güclü logistik və nəqliyyat infrastrukturunun qurulması, eləcə də tarixi İpək Yolunun bərpa edilməsi istiqamətində görülən işlərdən, Azərbaycanda cari ilin “Multikulturalizm ili” elan olunmasından ətraflı danışılıb.


18 Yan 2025
Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

18 Yan 2025
Cəmiyyət

Qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

17 Yan 2025
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağalıda əhali üçün səyyar müayinələr keçirib

Səhiyyə Nazirliyi Zəngilan rayonun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirib.

17 Yan 2025
Cəmiyyət

Hər gün yarım qreypfrut yeməyin möcüzəvi faydaları

Qaraciyər sağlamlığını qorumaq üçün təbii qidaların əhəmiyyəti böyükdür. Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Bülent Yaşar qreypfrut, filtr qəhvə, tünd şokolad və bu kimi qidaların faydalarını açıqlayıb.

17 Yan 2025
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.