Kiyevdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsi müzakirə olunub

Kiyevdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsi müzakirə olunub
12 2017 10:00

Kiyevdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsi müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan, Ukrayna, Qazaxıstan və Gürcüstan dəmiryolçularının iştirakı ilə dördtərəfli görüş zamanı aparılıb.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev və “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze iştirak ediblər.

Tədbirdə ölkələrarası yük axınının artırılması, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) səmərəli istifadəsi müzakirə olunub. Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi TBNM-in vacibliyi qeyd olunub. Eyni zamanda, bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb.

Tərəflər TBNM-in Avropa İttifaqı ölkələrinə çıxışı üçün əməkdaşlıq coğrafiyasının genişləndirilməsi üzrə işlərin davam etdirilməsi məsələsində razılığa gəliblər.

Nəqliyyat istifadəçiləri üçün maksimal dərəcədə əlverişli şəraitin yaradılması bu sahədə səmərəliliyin və rəqabətə dayanıqlılığın yüksəlməsini təmin edəcək. Buraya yükdaşıyıcılarına göstərilən xidmətlərin “bir pəncərə” rejimində təqdim olunması, onlara edilən təkliflər spektrinin genişləndirilməsi, yükdaşımalarında məcburi prosedurların optimizasiya və unifikasiyası kimi məsələlər aiddir.

TBNM infrastrukturunun inkişafı, eləcə də “Cənub-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri üzrə tranzit yük axınının artırılması məsələləri də müzakirə olunub.

Bildirilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü isə tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə ölkələrimiz arasında əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Görüşün yekununa dair müvafiq Protokol imzalanıb.

Eyni zamanda nümayəndə heyətlərinin rəhbərləri səfər çərçivəsində Ukraynanın baş naziri Vladimir Qroysmanla görüşüblər.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.