Kirayə evlərlə bağlı prezident fərmanı: Dəyişikliklərin təfsilatı

Kirayə evlərlə bağlı prezident fərmanı: Dəyişikliklərin təfsilatı
11 2019 12:15


Azərbaycan Prezidenti İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edib

Bu dəyişikliklərdə nələr nəzərdə tutulur və nə zamandan vətəndaşlar satın almaq məqsədilə kirayə mənzilə sahib ola biləcəklər?

Məsələyə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında aydınlıq gətirib

Onun sözlərinə görə, son fərman kirayə mənzil fondunun yaradılması ilə bağlı mexanizmin hazırlanmasının yekunlaşdığından xəbər verir. 

“Bu, o deməkdir ki, yaxın zamanlarda artıq vətəndaşlarımız kirayə mənzilə müraciət edə biləcəklər.

Yeni fərmanda kirayə mənzilin təklif edilməsi artıq ipoteka ilə əlaqəli bütün qanunvericiliyə daxil olundu və bu da hüquqi bazanın formalaşıb başa çatması anlamına gəlir. Eyni zamanda, elektron ipoteka portalında da kirayə mənzillərə müraciət formalaşdırılacaq.

Fondun təklif edəcəyi mənzillərlə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın zonalar və eləcə də, mənzil parametrləri üzrə məlumatları axtarış sistemi vasitəsilə əldə etməsidir.

Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçiriləcək”.

Eskpert evi kirayə götürmək üçün isə tələb olunacaq sənədləri də sadalayıb. 

“Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi, vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi, iş yerini və gəlirlərini təsdiq edən məlumatlar, ailə tərkibi barədə məlumatlar, kredit bürolarında saxlanılan məlumatları, sosial sığorta ödənişləri barədə məlumatlar və məhkumluğunun olması (olmaması) barədə məlumatlar tələb olunacaq.

Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq.

Digər vacib dəyişiklik kirayə mənzilə müraciətin yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin, “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəyidir. Vətəndaşlar “ASAN xidmət” mərkəzləri vasitəsilə kirayə evlərə müraciət edə biləcəklər”.


28 May 2020
İqtisadiyyat

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir

Mayın 28-də səhər dünyada neft qiymətlərində ucuzlaşma müşahidə olunub.

27 May 2020
İqtisadiyyat

Emin Hacıyev: “Regionların inkişafı Şamaxının timsalında yeni mərhələyə keçir”

“Pandemiyanın yaratdığı mürəkkəb şəraitə, iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan sosial əhəmiyyətli layihələri fasiləsiz olaraq davam etdirir. Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri bir daha göstərdi ki, müəyyən olunmuş prioritetlər hətta fors-major şəraitdə də dəyişməz olaraq qalır”.

27 May 2020
İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. 

26 May 2020
İqtisadiyyat

“Azəriqaz”dan sayğaclarla bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir.

26 May 2020
İqtisadiyyat

Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaldıb

Gürcüstan hökuməti 2020-ci il üçün təbii qazın idxal proqnozuna yenidən baxıb. Nəticədə təbii qazın alınacağı mənbə və həcmlərdə dəyişiklik edilib.